"Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa İttifaqı üçün prioritet məsələdir" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 15:27 | Şərh sayı: (0) | Baxılıb: 305
"Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa İttifaqı üçün prioritet məsələdir"
"Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa İttifaqı (Aİ) üçün prioritet məsələdir". "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu fikir ötən gün Brüsseldə keçirilən Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasının yekununda qəbul edilən bəyanatda öz əksini tapıb.
"Aİ bir daha təsdiq edir ki, Dağlıq Qarabağ məsələsində status-kvonun saxlanması qəbul edilməzdir. Münaqişənin həlli prosesi isə Aİ-nin prioritetleri arasındadır", - deyə sənəddə qeyd olunur.
Şura, Azərbaycan-Ermənistan sərhədində, həmçinin, qoşunların təmas xətti boyunca təhlükəsizliyin təmin edilməsi məsələsinin "narahatlıq doğurduğunu" bildirir.
Aİ münaqişə tərəflərini ATƏT-in dəstəyi ilə aparılan dialoq prosesini davam etdirməyə çağırır.
Bununla yanaşı, bir daha qeyd olunur ki, Aİ ölkələri bölgədə sülh quruculuğu prosesinə dəstək verməyə hazırdır, "sülh müqaviləsi imzalandıqdan sonra isə münaqişədən zərər çəkən rayonların bərpasına da köməklik edəcək".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər