Türkiyəli nazir: "Rusiya hökumətinin yumşalacağına inanırıq" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 23:44 | Şərh sayı: (0) | Baxılıb: 255
Türkiyəli nazir: "Rusiya hökumətinin yumşalacağına inanırıq"
"Ölkədəki iqtisadi böhranla əlaqədar Rusiya hökuməti bir az da yumşalacaq".
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfengçi bildirib.
"Rusiya ilə ölkəmiz arasında böhran yarandığı gündən bu halın tərəfdarı olmadığımızı bildirmişik. Bu günədək bütün problemlərin danışıqlar yolu ilə həll edilməsinin vacibliyini vurğulamışıq. Prezidentimiz, baş nazirimiz, xarici işlər nazirimiz və biz bununla bağlı Rusiyaya çağırışlar etmişik. Bu embarqodan Türkiyədən çox Rusiya iqtisadiyyatının zərər görəcəyini bəyan etmişik. Çıxışlarımızda bunun uzun sürə bilməyəcəyini söyləmişik. Embarqonun aprel-may aylarında yumşalacağını demişik", - deyə nazir vurğulayıb.
B.Tüfengçi bildirib ki, indiki vəziyyətdə sağlam düşüncənin qalib gəlməsi lazmdır: "Rusiyanın iqtisadi vəziyyəti, əhalinin alıcılıq qabiliyyətinə nəzər salsaq, qarşı tərəfin daha çox yumşalacağına inanıram. Türkiyə istehsalı olan meyvə-tərəvəzin Rusiya əhalisinin daha ucuz qiymətə ala biləcəyindən də xəbərdarıq".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər