Türkiyə-Rusiya arasında yeni təyyarə qalmaqalı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-01-2016, 15:49 | Şərh sayı: (0) | Baxılıb: 263
Türkiyə-Rusiya arasında yeni təyyarə qalmaqalı
Türkiyənin nəqliyyat, kommunikasiya, dənizçilik naziri Binali Yıldırım Rusiyanı beynəlxalq aviasiya normalarını pozmaqda ittiham edərək türk aviaşirkətlərinin ekipaj üzvləri üçün yaratdığı çətinlikləri özbaşınalıq adlandırıb.
APA-nın xəbərinə görə, B. Yıldırım bunu Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd edək ki, bu yaxınlarda Türkiyənin "Pegasus Airlines" şirkəti ekipaj üzvlərinin gediş vizaları olmadığı üçün Rusiyaya uçuşların 13 yanvardan başlayaraq dayandırıldığını bildirib. Digər özəl aviaşirkət "Onur Air" də analoji addım ataraq 14 yanvara kimi uçuşları dayandıracağını açıqlayıb. "Turkish Airlines" isə bu sahədə problem olmadığını qeyd edərək Rusiyaya uçuş qrafikində dəyişiklik olmayacağını bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər