Türkiyə Rusiyanın sanksiyalarına qarşı "Qırmızı xətt planı"nı açıqladı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-12-2015, 19:21 | Şərh sayı: (0) | Baxılıb: 280
Türkiyə Rusiyanın sanksiyalarına qarşı "Qırmızı xətt planı"nı açıqladı
Rusiyanın sanksiyalarına qarşı Türkiyə hökuməti də "qırmızı xətt planı" hazırlayıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, ötən gecə ölkə baş nazirinin müavini Mehmet Şimşəyin sədrliyi ilə keçirilən toplantıda bu plan hazırlanaraq, təsdiqlənmək üçün baş nazir Əhməd Davudoğluya təqdim edilib.
Həmin planın bəzi maddələri aşağıdakı kimidir:
Rusiya gömrüklərində saxlanılan və geri qaytarılan meyvə-tərəvəz məhsulları, türkiyəli ixracatçılarla məsləhətləşdirilərək, qiymətləndiriləcək;
Türkiyə hökuməti yerli toxuculuq, hazır geyim, elektirik avadanlığı, kimyəvi mallar istehsal edən və onun ixracı ilə məşğul olanların zərər görməməsi üçün məhsulların başqa bazarlara yönəldilməsinə yardım edəcək;
Rusiyadan idxal edilən təbii qaza alternativ mənbələr axtarılacaq, ehtiyac yaranarsa, razılaşma yenilənəcək;
Rusiyanın Türkiyədən tranzit yolu olaraq istifadə etdiyi marşrutların sayı azaldılacaq. Türkiyə ərazisindən keçən Rusiya TIR-larının içi bir-bir yoxlanılacaq.
Planda Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasının tikintisində Rusiyaya alternativ axtarılması, rusiyalı turistlər üçün nəzərdə tutulan ucuz turpaketlərin ləğv edilməsi, bu yöndə başqa ölkələrdə kampaniyaların keçirilməsi nəzərdə tutulub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər