Türkiyə mallarına embarqo |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-11-2015, 09:59 | Şərh sayı: (0) | Baxılıb: 313
Türkiyə mallarına embarqo
Ötən gündən etibarən Rusiya və Türkiyə arasında mal dövriyyəsi əməli olaraq dayandırılıb: Rusiya gömrüyü türk mallarını ölkəyə buraxmır. Bütün məhsul və sənaye malları partiyaları daha diqqətlə yoxlanılma üçün saxlanılır.
"Report" xəbər verir ki, bu barədə "Kommersant" yazıb.
Nəşrin məlumatına görə, artıq bu gün Türkiyə mallarının Rusiya ərazisinə tədarükünə embarqo qoyula bilər. Mənbə qeyd edir ki, hökumətdə Türkiyə məhsullarının məhz hansı bəhanə altında qadağan olunması məsələsinə baxılır.
Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçovun sözlərinə görə, embarqo tətbiq olunacağı təqdirdə Rusiya bunun nəticəsini ciddi hiss etməyəcək. Türkiyədən gətirilən meyvə və tərəvəzi İran, Azərbaycan, Özbəkistan, Məkareş, İsrail, CAR və Argentinadan tədarüklər əvəz edəcək. RİA "Novosti"inin məlumatına görə, nazir defisit olmayacağını bildirib.
Türkiyə Rusiyaya ümumi tərəvəz idxalı həcminin 20 faizini tədarük edir. Rusiya bazarında Türkiyədən gətirilən sitrus bitkilərinin payı 25 faizdir. Ölkə Rusiya taxılının fəal alıcısıdır. 2015-ci ilin əvvəlindən 3,5 milyon ton taxıl ixrac olunub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər