Rusiya: "Əlimizdə bütün sübutlar var" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-12-2015, 14:21 | Şərh sayı: (0) | Baxılıb: 278
Rusiya: "Əlimizdə bütün sübutlar var"
"Rusiyaya məxsus Su-24 təyyarəsi Türkiyə hava məkanını pozmayıb. Bununla bağlı əlimizdə bütün lazım olan sübutlar var".
APA-nın məlumatına görə, bunu Rusiya Hərbi-Kosmik Qüvvələri komandanının müavini Sergey Dronov Moskvada keçirdiyi brifinqdə bəyan edib.
O bildirib ki, vurulan Su-24 təyyarəsi Türkiyə və onun vətəndaşları üçün heç bir təhlükə törətməyib. Dronov qeyd edib ki, Su-24 Türkiyə sərhədindən 5,5 kilometr aralıda vurulub: "Elə həmin gün Türkiyə rəhbərliyi Rusiya təyyarəsinin Türkiyə sərhədini pozduğunu bəyan edib. Biz bu gün də qeyd edirik ki, Rusiya təyyarəsi Türkiyə hava məkanını pozmayıb. Rusiyanın əlində Su-24-ün Türkiyə sərhədinin pozmadığına dair sübutlar var".
Təyyarənin "qara qutu"sunun oxunmasına başlanıldığını deyən S. Dronovun sözlərinə görə, prosesdə Çin və Britaniya mütəxəssisləri iştirak edəcəklər: ""Bu vaxtadək "qara qutu" üzərində heç bir iş aparılmayıb. "Qara qutu" təyyarənin düşdüyü yerdən götürüldüyü vəziyyətdə olduğu kimidir".
Komandan müavini dekabrın 8-də Su-24 təyyarəsinin "qara qutusu"nun Rusiya tərəfinə təhvil verildiyini əlavə edib. "Rusiya prezidentinin tapşırığı əsasında "qara qutu"nun tədqiqatı beynəlxalq ictimaiyyət üçün açıq aparılacaq. Məhz buna görə də biz 14 dövlətə, beynəlxalq ekspertlərə həmin tədqiqatda iştirak üçün müraciət etmişik".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər