Rusiya Türkiyəylə vizasız rejimi dayandırdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-01-2016, 18:46 | Şərh sayı: (0) | Baxılıb: 268
Rusiya Türkiyəylə vizasız rejimi dayandırdı
Bu gündən Rusiya Federasiyası ilə Türkiyə arasında vizasız gediş-gəliş rejimi ləğv olunub. Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Rusiyanın hərbi təyyarəsinin Türkiyə-Suriya sərhədindən vurulmasından sonra Moskva tərəfindən verilmiş qərar yanvarın 1-dən etibarən qüvvəyə minib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu barədə danışaraq deyib: "Bu, birbaşa olaraq vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlıdır. Çünki terrorçular Türkiyədən tranzit ölkə kimi istifadə edərək müxtəlif istiqamətlərə yollanırlar".
Qeyd edək ki, Türkiyə tərəfi ötən ilin dekabr ayının əvvəlində bəyan etmişdi ki, Rusiyaya cavab olaraq eyni addımı atmağa, Rusiya vətəndaşlarına viza rejimi tətbiq etməyə hazırlaşmır.
Ancaq Rusiya Türkiyəyə qarşı iqtisadi və humanitar sahədə bir sıra sanksiyalar tətbiq etməyə başlayıb.
İki ölkə arasında vizasız gediş-gəliş rejimi 2011-ci ildən qüvvədəydi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər