Rusiya yanvarın 1-dən Ukraynaya qarşı sanksiyalar tətbiq edəcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-12-2015, 19:19 | Şərh sayı: (0) | Baxılıb: 291
Rusiya yanvarın 1-dən Ukraynaya qarşı sanksiyalar tətbiq edəcək
Rusiya 2016-cı il yanvarın 1-dən Ukraynaya qarşı sanksiyalar tətbiq edəcək. Sanksiyalara gömrük rüsumları və ərzaq embarqosu daxildir. Bu, Rusiyaya qarşı sanksiyaları dəstəkləyən ölkələrin şimal qonşumuza tətbiq etdiyi sanksiyalarla demək olar eynidir.
İxlas.az "Report"a istinadla xəbər verir ki, müvafiq qərarı Rusiyanın baş naziri Dmitri Medvedev imzalayıb.
"Ukrayna gələn ilin əvvəlindən Avropa İttifaqı ilə assosiativ sazişin iqtisadi hissəsinin həyata keçirilməsini davam edəcəyini bəyan edib. Belə olan halda biz bazarımızı və istehsalçılarımızı qorumalıyıq. Bu isə o deməkdir ki, 2016-cı il yanvarın 1-dən Ukraynaya qarşı Avrasiya İqtisadi Birliyininin vahid gömrük tarifi üzrə nəzərdə tutulmuş idxal rüsumları tətbiq ediləcək", - Medvedev bildirib.
Bundan başqa, 2016-cı il yanvarın 1-dən etibarən Ukraynaya münasibətdə Rusiyaya qarşı Aİ və ABŞ-ın sanksiyalarına qoşulduğuna görə adekvat iqtisadi tədbirlər tətbiq olunacaq.
Məhsulların siyahısına ət və süd məhsulları, balıq, tərəvəz, meyvə və qoz-fındıq daxildir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər