Mövlud Çavuşoğlu: "Azərbaycanın məsələsi birbaşa bizim məsələmizdir" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 21:33 | Şərh sayı: (0) | Baxılıb: 261
Mövlud Çavuşoğlu: "Azərbaycanın məsələsi birbaşa bizim məsələmizdir"
“Dağlıq Qarabağ problemi həll olunmayınca, Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək”. APA TV-nin məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qaziantepdə səfirlərin toplantısında bəyan edib.
Mövlud Çavuşoğlu səfirlər qarşısında çıxışında Türkiyənin qonşuları ilə münasibətlərindən danışıb. O bildirib ki, Rusiya Türkiyəyə qarşı qərarlar qəbul etsə də, Ankara cavab addımı atmayıb. Rusiya hərbi təyyarəsinin vurulmasını xatırladan türkiyəli nazir “Kaş ki, bu olmayaydı, üzüldük, amma haqlı olduğumuz ortadadır” deyib.
Mövlud Çavuşoğlunun fikrincə, Rusiya Türkiyəni yox, öz əhalisini cəzalandırır, səyahət qadağası qoyur: “Bu olmaz. Antalyaya Rusiyadan turist gəlməyəcəksə, başqa ölkələrdən gələcək. Pomidoru onlar almayacaqsa, almaq istəyən çox ölkə var”.
Mövlud Çavuşoğlu bəyan edib ki, Türkiyə qonşuları ilə münasibətlərini səbəbsiz yerə pozmur. O, Ermənistanla münasibətləri də xatırladıb və Azərbaycan ərazilərinin işğalını vurğulayıb: “Biz indiyə qədər Ermənistanla münasibətləri normallaşdıra, sərhədləri aça bilməmişik. Azərbaycanın məsələsi birbaşa bizim məsələmizdir. Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi və Qarabağ problemi dura-dura münasibətlərin heç bir şey olmamış kimi normallaşmasını gözləmək real yanaşma deyil. Bu istiqamətdə bütün addımları atmışıq və Minsk qrupunun cəhdlərinə çox güclü dəstək veririk”.
Mövlud Çavuşoğlu onu da deyib ki, Türkiyənin Ermənistanla soyuq münasibətlərin tarixi kökləri var.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər