Vüqar Bayramovdan dollar kreditləri ilə bağlı təklif |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 11:15 | Şərh sayı: (0) | Baxılıb: 243
Vüqar Bayramovdan dollar kreditləri ilə bağlı təklif
"Dollar ilə krediti olan vətəndaşlarz ödəniş edən zaman məzənnənin seçilməsi ilə bağlı çətinliklərlə üzləşirlər. İqtisadi və Sosial İnkişaf Mərkəzinə (CESD) edilən müraciətlər göstərir ki, bəzi banklar ötən həftə hətta hər dollara 1.80 manat kursu ilə ödəniş etməyi tələb ediblər. Bu isə o deməkdir ki, 200 dollar ödəniş edən kredit borcu olan vətəndaş Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən ödəniş etsəydi 321 manat xərci olacaqdı, “qara bazar” kursu ilə isə 360 manat ödəmili olublar".
Musavat.com xəbər verir ki, bunu Facebook-da iqtisadçı Vüqar Bayramov yazıb. Onun sözlərinə görə, “qara bazar” kursu ilə kredit ödənişi edənlər hər 200 dollarlıq ödənişdə rəsmi məzənnə ilə müqayisədə 39 manat artıq ödəyiblər: “ Aylıq ödəniş yüksək olan vətəndaşlarımızda isə bu daha böyük rəqəmlər ilə ifadə olunur. Məsələn, 500 dollar aylıq ödənişi olan üçün bu fərq 100 manata yaxındır. Kommersiya bankların məzənnəsinə Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən 4 faizlik marjın problemini həll edəcəyinə inanmaq doğrdu olmazdı. Çünki hələlik əksər kommersiya bankları və valyuta dəyişmə məntəqələri dollar satışına fasilə verərək gözləmə mövqeyinə üstünlük verirlər.
Son vaxtlar bir sıra qaydalar qəbul edən və eyni zamanda ləğv edən Mərkəzi Bankın vətəndaşlar üçün əlavə xərc yaradan prosesə müdaxilə etməsinə ehtiyac var. Qanunvericiliyə əsasən ödəniş kommersiya banklardakı mövcud məzənnəyə əsasən aparılmalıdır. Amma nəzərə almaq lazımdır ki, əksər banklardakı məzənnə vətəndaşın deyil, bankın maraqlarına maraqlarına uyğun olur. Hər bankın öz kursu olduğundan 200 dollarlıq aylıq ödəniş edən vətəndaşlar bir bankda çox, başqasında nisbətən az vəsait ödəyirlər. Bu baxımdan, Mərkəzi Bankın dollar ilə ödənişlərin həmin günə rəsmi kursa əsasən aparılması ilə bağlı qaydanın qəbul etməsinə və qanunvericiliyə uyğun dəyişikliklərin edilməsin ehtiyac var”.
Vüqar Bayramov hesab edir ki, borcu olan şəxs kommersiya bankının öz maraqlarına uyğunlaşdırdığı kursa deyil, Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun ödəniş etməlidir ki, banklar tərəfindən aldadılmasın: “Aylıq ödənişin Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq manatla edilməsinin yeni qaydalara daxil edilməsi vacibdir. Bu arada inanmaq istərdim ki, ikinci devalvasiyadan sonra xarici valyuta ilə kreditləri olanlar üçün Qazaxıstan təcrübəsinə uyğun olaraq dövlət tərəfindən kompensasiyanın ödənilməsi ilə bağlı təkilfim də yaxın zamanlarda Mərkəzi Bank tərəfindən dəyəndiriləcək”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər