Mərkəzi Bankdan tövsiyə: dollarla krediti olanlara yardım göstərilsin |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-12-2015, 21:11 | Şərh sayı: (0) | Baxılıb: 1112
Mərkəzi Bankdan tövsiyə: dollarla krediti olanlara yardım göstərilsin
Mərkəzi Bankda (MB) bank sektorunun nümayəndələri ilə keçirilən iclas başa çatıb.
Kommersiya banklarından birinin rəhbərinin APA-ya verdiyi məlumata görə, Mərkəzi Bankı iclasda MB-in baş direktoru Rəşad Orucov təmsil edib.
Banklar isə görüşdə İdarə Heyətlərinin sədrləri səviyyəsində təmsil olunub.
Görüşdə manatın devalvasiyaya uğramasından sonra bankların problemli aktivlərinin kəskin artması və bank sektorundakı konsolidasiya prosesi müzakirə olunub.
Bildirilib ki, banklara dollarla krediti olan müştərilərə müvafiq yardımlar göstərmək tövsiyə olunur. Eyni zamanda qeyd olunub ki, MB banklara vəziyyətdən çıxmaqda yardım edəcək.
R.Orucov banklara dollarla krediti olan müştərilərin kreditlərinin restrukturizasiyasını aparmağı tövsiyə edib.
MB rəsmisi qeyd edib ki, bank sektorunda konsolidasiya prosesi sürətlənməlidir.
Bununla yanaşı, banklar manatla olan məhsullarını bazara daha intensiv çıxarmalıdır.
Banklara o da tövsiyə olunub ki, fərdi inkişaf proqramlarını hazırlasın.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər