Banklar kreditləşməni məhdudlaşdırdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-12-2015, 19:00 | Şərh sayı: (0) | Baxılıb: 269
Banklar kreditləşməni məhdudlaşdırdı
Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları həm manat, həm də dollar kreditləşməsini müvəqqəti dayandırıb.
Report-un verdiyi xəbərə görə, kredit verilişinin dayandırılması, əsasən, istehlak kreditlərinə aiddir və müvəqqəti xarakter daşıyır. Həmin banklar kreditləşmənin qısa müddətdə, maksimum bu həftə ərzində bərpa olunacağını bildirib.
İstehlak kreditləşməsində fəal olan banklar "Bank of Baku" ASC, "Unibank" ASC, "Bank Respublika" ASC kreditləşmənin müvəqqəti olaraq dayandıranlar siyahısındadır. Banklardan bildirilib ki, kredit məhsullarının satışı cari vəziyyətlə əlaqədar olaraq müvafiq təhlil işlərinin aparılması məqsədilə müvəqqəti olaraq dayandırıb. Təhlil prosesinin bir neçə gün davam edəcəyi gözlənilir. "Expressbank" ASC-dən isə kreditlərin taleyi ilə bağlı bu gün keçirilən iclasdan sonra qərarın açıqlanacağını bildirilib.
Bununla yanaşı, "Dəmirbank" ASC, "Bank VTB (Azerbaijan)" ASC, "Kapital Bank" ASC, "Azər-Türk Bank" ASC kreditləşməni davam etdirir. Bildirək ki, "Kapital Bank" kreditləri yalnız manatla, "Azər-Türk Bank" dollarla, digərləri isə həm manat, həm də dollarla ayırır. Buna baxmayaraq, kreditləşməni davam etdirən banklarda proses məhdudlaşdırılıb.
Qeyd edək ki, uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən "üzən məzənnə" rejiminə keçilməsi barədə qərar qəbul edib. Nəticədə, AMB dünən ABŞ dollarının rəsmi məzənnəsini 50 qəpik yaxud 47,63% artıraraq 1,55 AZN/USD səviyyəsində müəyyənləşdirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər