DQİDK: Nardarandakı ibadət evlərinin fəaliyyətinə heç bir müdaxilə edilməyib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-12-2015, 17:15 | Şərh sayı: (0) | Baxılıb: 274
DQİDK: Nardarandakı ibadət evlərinin fəaliyyətinə heç bir müdaxilə edilməyib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Nardaran qəsəbəsində məscidin bağlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komitənin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, din xadimi kimi təqdim olunan Nuhbala Rəhimov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmiş hər hansı bir dini icmanın rəhbəri deyil. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsindən Dövlət Komitəsinə verilən məlumata əsasən, N. Rəhimovun din xadimi kimi də rəsmi təyinatı yoxdur.
Dini icması Dövlət Komitəsində qeydiyyatdan keçməmiş “Hüseyniyyə” məscidinin bağlanması barədə məlumata gəlincə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsik bildirir ki, ümumiyyətlə, Nardarandakı ibadət evlərinin fəaliyyyətinə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən heç bir müdaxilə edilməyib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər