"Yas mərasimləri rəsmi axund və ya imamlar tərəfindən aparılmalıdır" - Komitə sədri |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-12-2015, 19:24 | Şərh sayı: (0) | Baxılıb: 284
"Yas mərasimləri rəsmi axund və ya imamlar tərəfindən aparılmalıdır" - Komitə sədri
“Azərbaycanda dini təhsil almayan və rəsmi surətdə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyinatı olmayan şəxsin hər hansı bir dini ayin və mərasim icra etməsi qəti qadağandır"
İslam.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.
Komitə sədrinin sözlərinə görə, əgər kimsə rəsmi təyinatı olmadan dini ayinləri icra edəcəksə, bu şəxslər İnzibati Xətalar Məcəlləsi, o cümlədən Cinayət Məcəlləsi ilə müvafiq olaraq məsuliyyətə cəlb olunacaqlar: “Yalnız dini təhsilini Azərbaycanda almış və rəsmi təyinatı olan şəxslər ayinləri, mərasimləri icra edə bilərlər. Ayinlər, mərasimlər içərisində isə dinlə bağlı bütün mərasimlər nəzərdə tutulur. O cümlədən hətta yas mərasimləri də rəsmi təyinatı olan axund və ya imamlar tərəfindən aparıla bilər”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər