"Azərbaycanda dini mərasimlərin qadağan edilməsi barədə fikirlər əsassızdır" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-12-2015, 00:14 | Şərh sayı: (0) | Baxılıb: 2426
"Azərbaycanda dini mərasimlərin qadağan edilməsi barədə fikirlər əsassızdır"
Son günlər Azərbaycanda dini durum və qanunvericiliyə edilmiş dəyişikliklərlə bağlı həqiqətə uyğun olmayan müxtəlif fikirlər səsləndirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanda dini etiqad azadlığının məhdudlaşdırılması, dini mərasimlərin keçirilməsinin qarşısının alınması, hətta Aşura mərasiminin qadağan edilməsi, dindarlara qarşı təzyiq göstərilməsi və digər həqiqətə uyğun olmayan əsassız iddialar səsləndirilir.
Dövlət Komitəsi bəzi hallarda bu həqiqətdən uzaq fikirlərin dövlət məmurlarının, o cümlədən din nümayəndələrinin adından yayılmasından təəssüfünü bildirir: "Cəmiyyətdə, xüsusən dindarlar arasında bu cür şaiyələrin yayılması ölkəmizdə dövlət-din münasibətlərinə kölgə salmağa, insanlar arasında çaşqınlıq yaratmağa və dindarlarda dövlətə qarşı mənfi rəy formalaşdırmağa yönəlmiş uğursuz cəhddən başqa bir şey deyil".
Qurum bildirir ki, son günlərdə Milli Məclisin qəbul etdiyi qanunlar, mövcud qanunvericiliyə edilən dəyişikliklər heç bir halda ölkədə dini etiqad azadlığının məhdudlaşdırılmasına yönəlməyib: "Eyni zamanda ölkəmizdə dini mərasimlərin, o cümlədən Aşura mərasimlərinin keçirilməsinin qadağan olunması barədə söylənən fikirlərin heç bir əsası yoxdur. Hər il olduğu kimi, bu il də Aşura və Ərbəin mərasimləri məscidlərdə qeyd olunub və gələcəkdə də qeyd ediləcək. Ölkəmizdə dini etiqad azadlığı dövlətin təminatı altındadır və dinindən asılı olmayaraq hər bir vətəndaşın hüququ qorunur".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər