Bu qanunla gənclərin təriqətlərə cəlb olunmasının qarşısı alınacaq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-12-2015, 20:12 | Şərh sayı: (0) | Baxılıb: 303
Bu qanunla gənclərin təriqətlərə cəlb olunmasının qarşısı alınacaq
İlham Əliyev ilk prezidentlərdəndir ki, Bakıda müxtəlif dinlərin nümayəndələri ilə görüşdə İslamın nə qədər dəyərli din olduğunu, nə qədər barışdırıcı mövqe tutduğunu vurğulayıb.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisdə "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib.
Onun fikrincə, bu və bundan sonrakı qanunlar İslam dininə qarşı deyil: "Birinci xanım Mehriban Əliyeva Avropa paytaxtlarında İslam dininin təbliği, İslamda vacib dəyərlərin qorunub saxlanması istiqamətində böyük işlər görüb. Bəzi mətbuat orqanları və bir sıra partiyalar isə Azərbaycan hökumətinin bu qanunla dinə və xüsusən də İslama qarşı hansısa təkmilləşdirmə apardığı haqda fikirləri qəbul etdirmək və aktiv şəkildə yaymağa çalışırlar. Halbuki, Nardaran hadisələrində müxalifətyönlü siyasi partiyaların düzgün, dürüst fikirlərini görmədik. Bu da onu göstərir ki, onların da məqsədi məhz "Azərbaycanda nə qədər çox problem olsa, o qədər mənim üçün yaxşıdır" prinsipidir".
F.Muradov gənclərin müxtəlif, bilinməyən təriqətlərə cəlb olunması məsələsinə toxunaraq bildirib ki, qanunla bu cür hərəkətlərin qarşısı alınacaq: "Əminəm ki, biz bu qanunla digər dinlərin təsiri altında olanların Azərbaycanda dağıdıcı fəaliyyətlərinin, gənclərin müxtəlif bilinməyən təriqətlərə cəlb olunmasının qarşısını alacağıq. Biz Azərbaycan gənclərinin sivil, dünyəvi ölkədə yaşamasını istəyirik və bu istiqamətdə ölkəmizdə böyük işlər görülür. Son hadisələr Azərbaycan dövlətçiliyinə qarşıdır. Bu, çox vacib qanundur və layihəni dəstəkləyirəm".
Deputat qanunla bağlı təkliflərinin olduğunu da açıqlayıb: "Bəzən biz sosial şəbəkələrdə məhz terror fəaliyyətinin həyata keçirilməsi ilə bağlı təbliğat görürük və bu, gənclərimizə mənfi təsir edir. Biz dini fanatizmə yuvarlanan təşkilatlarla bu istiqamətdə işləməliyik. Dini fanatizm kimi anlayışlar yeni olsa da, bəzi hallarda onların zərərini müəyyən qədər düşünmək lazımdır.
Xüsusi olaraq vurğulamaq istəyirəm ki, məlumat verən şəxslərin qorunması məsələsi vacibdir. Çünki hər hansı bir müxtəlif ekstremist təşkilat fəaliyyət göstərirsə və həmin təşkilat haqda məlumat verilirsə, o şəxs öz ailəsinə və həyatına görə qorxa bilər. Bir çox ölkələrdə həmin şəxsin ailəsinin qorunmasını dövlət öz üzərinə götürür.
Eyni zamanda, burada xüsusi əməliyyatlardan söhbət gedir. Bu gün Azərbaycan torpaqları işğal olunub. Bu, əsl milli və etnik separatizmdir, ekstremist fəaliyyətidir. Vaxt gələcək biz orada xüsusi əməliyyatlar keçirəcəyik. Başqa ölkələrdə xüsusi əməliyyatlar haqqında qanunvericilik var. Bu dini, milli ekstremizm, həm də siyasi ekstremizm haqqında xüsusi əməliyyat qanunidir. ABŞ-da, bir çox Avropa ölkələrində belə qanun var. Hər iki komitəyə bu qanuna görə təşəkkür edirəm. Düşünürəm ki, bu qanun üzərində bir sıra dəyişikliklər etməyə məcbur olacağıq. Buna baxmayaraq, bugünkü reallıqda bu qanunun qəbulu vacibdir".
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər