Nigah bağlamağın qaydası |
Müəllif: Hicab Delisi | Bölmə: Məqalələr | Vaxt: 5-12-2014, 14:39 | Şərh sayı: (1) | Baxılıb: 4131
Nigah bağlamağın qaydası
Nikah sözünün mənası bağlanmaq və birləşmək deməkdir. Nikah şəriət qanunlarına uyğun olaraq kişi ilə qadının qanuni evlənməsidir.
Evlilik Allahın bəndələrinə bəxş etdiyi böyük nemətdir. O, bütün peyğəmbərlərin sünnəsidir (adət-ənənəsidir). İslam dini evlənməyin əzəmətinə və şərəfinə çox böyük əhəmiyyət vermişdir. Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: «Ey cavanlar, kim evlənə bilirsə, evlənsin. Çünki evlənmək, gözü naməhrəmlərə baxmaqdan, ayıb yerlərini isə zinadan qoruyur. Kim evlənə bilmirsə, oruc tutsun. Həqiqətən, oruc tutmaq onun çarəsidir».
Evlənmək üçün qadına baxmaq
Bir qadınla evlənmək qərarına gələn insan evlənmədən əvvəl ona baxa bilər. Muğirə ibn Şöbə deyir ki, mən Peyğəmbərin yanına gəldim və ona bir qadınla evlənmək istədiyimi çatdırdım. O isə dedi: "Get ona bax. Çünki bu sizin bir-birinizə daha çox bağlanmanız üçün əlverişlidir”.
Nikah bağlamaq
Nikahın doğru olması üçün aşağıdakı şərtlər olmaldır:
1. Qadına himayədarlıq edənin icazəsi. Himayədar dedikdə atası, olmasa qardaşı, olmasa əmisi və s. başa düşülür
2. Şahidlərin mövcudluğu: Peyğəmbər demişdir: «Himayədar və iki ədalətli şahid olmadan bağlanan nikah düzgün deyildir».
3. Qadına mehrin verilməsi. Mehr qadının kişi üzərində olan haqqı və onun şəxsi mülküdür. Heç kəsin, istər ata, istərsə də başqasının qadının icazəsi olmadan onun mehrindən götürməyə haqqı yoxdur. Şəriət mehrin nə azına, nə çoxuna məhdudiyyət qoymamışdır. Bununla belə cavanlar çətinlik qarşısında qalıb evlənməkdən imtina etməsinlər deyə evlənməyi asanlaşdırmaq məqsədi ilə mehrlərin az miqdarda təyin edilməsinə təşviq etmişdir.
Evlənmədən öncə, yaxud sonra mehri tam vermək olar. Həmçinin bir hissəsini əvvəl, qalanını isə sonra vermək olar.
Qadını ərə vermədən öncə ondan icazə almaq vacibdir
Himayədarsız nikah bağlanmadığı bir şərtdirsə, himayədarın ərə verdiyi qadından bu haqda icazə alması da vacibdir. Əgər qadın razı deyilsə, himayədarın onu məcbur etməsi qadağandır. Əgər o, qadını məcburi olaraq ərə verərsə, qadının həmin nikahı ləğv etməyə hüququ vardır.
Peyğəmbər demişdir: «Dul qadının əmri, bakirə qadının isə icazəsi olmadan onlar üçün nikah bağlanmaz. Orada olanlar dedilər: Ey Allahın elçisi, bakirə qadının icazəsi necə olur? Peyğəmbər dedi: “Onun susması icazəsi deməkdir».
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər