RSS
 

Login:
Şifrə:
» » Oğlan evlənmək istədiyi qıza baxa bilərmi?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Oğlan evlənmək istədiyi qıza baxa bilərmi?

 
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 28-01-2015, 02:03 | Şərh sayı: (1) | Baxılıb: 3937

Oğlan evlənmək istədiyi qıza baxa bilərmi?


Surələrin gücü


İslam dini bəzi məsələlərdə, xüsusilə cinslərarası münasibətlər və əxlaqi normalar barəsində ciddi və prinsipial mövqe nümayiş etdirir.

Dinimiz nəinki naməhrəm şəxslər arasında əxlaqa zidd əməllərin baş verməsinə icazə vermir, hətta naməhrəmlərin bir-birinə ehtiras və şəhvətlə baxmasını belə, qadağan edir.

Müqəddəslərimiz naməhrəmə yönəlmiş şəhvətli baxışı İblisin oxu adlandırırdılar. Həqiqətən, bu cür baxış əksər hallarda daha ciddi fəsadlar üçün müqəddimə rolunu oynayır. Bir çox günahlar ilk baxışda ziyansız görünən baxışlardan, işarə və eyhamlardan başlanır.Hədislərdən məlum olur ki, oğlan "gözaltı” etdiyi qızın sifətinə və qədd-qamətinə baxa bilər. İmam Mühəmməd Baqirin (ə) səhabələrindən biri o həzrətdən kişinin evlənmək istədiyi qadına baxmasının caiz olub-olmadığını soruşanda o həzrət müsbət cavab vermiş və buyurmuşdu: "Bəli, çünki kişi onu (qadını) baha qiymətə alır”. Bu hədisdə kişinin qadını baha qiymətə alması barədə qeydi hərfi mənada qəbul etmək və mənfi mənaya yozmaq düzgün olmazdı. Bir çoxları bu hədisi oxuyanda düşünə bilər ki, İmam qadının əşya kimi satılıb-alınmasını nəzərdə tuturmuş. Əslində isə burada kişinin izdivac zamanı həm maddi, həm də mənəvi cəhətdən böyük qarşılıq verdiyi nəzərdə tutulur. Kişinin qadına mehriyyə (özü də qadının istədiyi məbləğdə) ödədiyini, onu gələcəkdə yemək, ev və normal həyat şəraiti ilə təmin etmək vəzifəsini öhdəyə aldığını da nəzərdən qaçırmamalıyıq. Amma bununla yanaşı, unutmayaq ki, kişi evlənməklə böyük bir mənəvi məsuliyyətin altına girmiş olur. Nəslin davamçısı olmaq, ata ocağının hərarətini təmin etmək birbaşa kişinin borcu sayılır. Üstəlik, kişi ailənin namusunu çəkməyə sorumludur; əgər özünə tərəf-müqabili seçərkən səhvə yol versə, bunun rüsvayçılığını daşımalı olacaq. Buna görə, İmam evlənən kişinin qadını baha qiymətə aldığını söyləyirdi.

Müqəddəslərimizin digər hədislərində kişinin evlənmək istədiyi qadına hansı şərtlər və məhdudiyyətlər daxilində baxa bildiyi izah edilir. Bu şərtlər barəsində mərhum Şeyx Hürr Amulinin "Vəsailüş-şiə” kitabının 14-cü cildində, Nikah kitabının 36-cı babında 13 hədis təqdim edilib. Həmin hədislərin birində oxuyuruq ki, İmam Cəfər Sadiq (ə) evlənmək istədiyin qadının sifətinə və biləklərinə baxmağı günah saymırdı. Başqa bir hədisdə isə o həzrət evlənmək istədiyin qadının qədd-qamətini və bədən quruluşunu görmək üçün arxadan ona baxmağı caiz bilir.

Amma baxmağa icazə verməzdən əvvəl yuxarıda xatırlatdığımız ifadəni bir daha diqqətə çatdırır: "Şəhvətlə baxmayın. Bu cür baxış İblisin oxlarından biridir”.

Daha bir hədisdə isə İmam Sadiq (ə) sanki bizim milli adət-ənənələrimizdən biri olan "gəlin-gördü” və ya "qız-bəyəndi” mərasimini təsvir edir. Bir nəfər o həzrətdən soruşdu ki, əgər kişi bir qadınla evlənmək fikrindədirsə, amma əvvəlcə onu görmək istəyirsə, buna icazə varmı? İmam buyurdu ki, bəli, qadın geyinsin (yəni yaraşıqlı, amma əxlaqa zidd olmayan paltarla özünü bəzəsin), sonra oturub gözləsin ki, kişi gəlib ona baxsın. Sual verən adam soruşur ki, qadının yalnız oturmasına icazə verilir, yoxsa ayaq üstə dura da bilər? (Yəni kişi qadının qədd-qamətini seyr edə bilərmi?). İmam buna da icazə verir. Sual verən soruşur ki, hətta qadın kişinin qabağında yeriyə də bilərmi? (Yəni kişi qadının yol-yeriş tərzini, hər hansı çatışmazlığın, şikəstliyin və sairənin olmamasını yoxlaya bilərmi?). İmam Sadiq (ə) bunun da icazəli olduğunu bildirir.

Sonda qeyd edirik ki, bu hədislərin hamısında vacib şərt kimi göstərilir: bütün bunlar yalnız ciddi şəkildə evlənmək niyyəti olan şəxslərə şamildir. İmamlardan bu barədə soruşanlar öz suallarında təkidlə bildirirdilər ki, müəyyən qadınla evlənmək istəyən kişi bunu və ya bunu edə bilərmi? İmam da öz cavabında mütləq qeyd edirdi ki, icazə yalnız evlənmək istəyən kişiyə aiddir. Yəni oğlan yalnız konkret olaraq evlənmək istədiyi, haqqında soraqlaşıb müsbət xəbərlər aldığı və evlənməyə layiq bildiyi qıza bu cür baxa bilər. Yoxsa hər gördüyü qadının sifətinə, bədən cizgilərinə baxmaq olmaz. Əks halda bu baxış icazə həddini aşaraq günah əmələ çevrilər.



Şərhlər

 
 
| | |

M.Gulay

4 may 2015 23:06 Offline
Allah razı olsun deyerli melumat idi.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor