Angela Merkel: "Türkiyədə 8 vətəndaşımız öldü" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 14:08 | Şərh sayı: (0) | Baxılıb: 175
Angela Merkel: "Türkiyədə 8 vətəndaşımız öldü"
Almaniya kansleri Angela Merkel Türkiyənin Sultanəhməd meydanındakı terror hücumuna dair yenidən açıqlama verib.
Musavat.com xəbər verir ki, Almaniya kansleri A.Merkel və xarici işlər naziri Frank Uolter Steinmeier Türkiyədəki terror hadisəsi ilə bağlı ikinci dəfə şərh veriblər.
Məlumata görə, hücumda 11 nəfərin öldüyü, 15 nəfərin isə yaralandığı bildirilib. Ölənlərdən 8 nəfərin, yaralananlardan isə 9 nəfərin Almaniya vətəndaşı olduğu qeyd edilib.
Mətbuat konfransında danışan A.Merkel “Vətəndaşlarımız İstanbul səfərlərindən geri qayıtmayacaqlar. Bu çətin anlarda ailələrinin yanındayıq. Terrorçular hər birimizin düşmənidir”, - deyə vurğulayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə telefonda danışdığını söyləyən A.Merkel onların da alman xalqına baş sağlığı verdiyini bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər