ABŞ Ərdoğanı terrorçuların siyahısına saldı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-12-2015, 08:37 | Şərh sayı: (0) | Baxılıb: 242
ABŞ Ərdoğanı terrorçuların siyahısına saldı
ABŞ Dövlət Departamenti "Əl Qaidə" və "Əş Şəbab" üzvü olduğu müəyyən edilmiş Türkiyədə anadan olan Almaniya vətəndaşı Əmrah Ərdoğanı qlobal terror siyahısına daxil edib.
Musavat.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, 27 yaşlı Ərdoğan həm "Əl Qaidə"nin, həm də onun Somalidəki qolu "Əş Şəbab"ın üzvü olub.
Hər iki terror qruplaşması üçün xarici döyüşçüləri seçən, pul toplayan və döyüşlərdə iştirak edən Əmrah Ərdoğanın əmlakının dondurulacağı, barəsində səyahət qadağası və silah embarqosu tətbiq ediləcəyi bildirilir.
ABŞ Dövlət Departamentinin məlumatına görə, Əmrah Ərdoğan Keniya və Uqandada terror aktı törədilməsində iştirak edib.
Qeyd edək ki, Türkiyə əsilli Almaniya vətəndaşı bir neçə il əvvəl Tanzaniyada həbs edilib, 2010-cu ilin noyabrında isə Almaniyaya ekstradisiya edilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər