Lassa virusu 40 nəfərin həyatına son qoydu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 07:19 | Şərh sayı: (0) | Baxılıb: 279
Lassa virusu 40 nəfərin həyatına son qoydu
Nigeriyada heyvanlardan insanlara keçən "Lassa qızdırması” epidemiyasıdan 40 nəfər ölüb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya Səhiyyə naziri İsaak Adevole məlumat verib.
O, bildirib ki, virus son 6 həftədə Nigeriyanın ondan çox əyalətində yayılıb:
“ Xəstəliyə yoluxan 86 nəfərdən 40-ı həlak olub. Ölənlərdən 22-nin Lassadan dünyasını dəyişdiyi sübut olunub”.
Qida qaynaqlarının çirklənməsi nəticəsində siçanlardan insanlara keçdiyi bildirilən epidemiya, Bauçi, Nasarava, Niger, Taraba, Kano, Edo, Plato, Qombe və Oyo əyalətlərinə təsir edib.
Mütəxəssislərin kəskin bir xəstəlik olaraq xarakterizə etdiyi Lassa virusu güclü qanaxmalara səbəb olur və ölümlə nəticələnir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər