Almaniya şiə imamının edamına etiraz etdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-01-2016, 22:25 | Şərh sayı: (0) | Baxılıb: 331
Almaniya şiə imamının edamına etiraz etdi
Almaniya hökuməti Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən-Nimrənin edam edilməsindən narahatlıq ifadə edən bəyanat yayıb. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, rəsmi Berlin hesab edir ki, bu edam Yaxın Şərqdə situasiyanı daha da gərginləşdirəcək.
“Nimr ən-Nimrənin edamı regionda gərginliyin artması və parçalanma sarıdan bizim narahatlığımızı gücləndirir” – Almaniya XİN-in rəsmi nümayəndəsi bildirib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı hökuməti şiə imamını terrorizmdə ittiham edirdi. Onunla yanaşı, daha 46 nəfər edam edilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər