Rusiyadan Türkiyəyə yeni təhqir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-12-2015, 16:13 | Şərh sayı: (0) | Baxılıb: 262
Rusiyadan Türkiyəyə yeni təhqir
Rusiyanın Su-24 bombardmançısı Türkiyənin Hərbi-Hava Qüvvələrinin F-14 qırıcıları tərəfindən vurulandan sonra Moskva və Ankara arasında sərinləşən münasibətləri sürətlə pisləşdirmək istəyirlər.
Təşəbbüskar Moskvadır.
Bu günlərdə Rusiyada Türkiyəni, habelə qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanı aşağılayan rəsmli futbolkalar satışa çıxıralacaq.
Futbolkalardan birində Ərdoğan qaçır, onu ayı qovur. Bu iyrənc "rəsm" futbolkada "Qaç, türk, qaç!" yazısı ilə müşayiət olunur.
Digər futbolkada isə diz çökdürülmüş Ərdoğanın başında fəs var. Rusiya prezidenti Vladimir Putin avtomatı ona tuşlayıb. Arxa planda isə Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland durublar.
Bu futbolkaların müəllifi rusiyalı dizayner Aleksandr Konasovdur.
"Hazırladığım futbolkalardakı rəsmlər neytraldır. Müştərilərimizin hərbi pilotlarımıza, habelə Rusiyanın mövqeyini bölüşənlərə dəstək verə bilmələrini istəyirik", - Konasov deyib.
Futbolkalar dekabrın 15-də Rusiyada satışda olacaq.
Antitürk mövzulu futbolkaların hazırlanmasını ekspertlər pərdələnmiş dövlət sifarişi sayırlar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər