Azay Quliyev: "İctimai Şuralarda vətəndaş cəmiyyətinin tanınmış simaları təmsil olunmalıdır" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 07:29 | Şərh sayı: (0) | Baxılıb: 218
Azay Quliyev: "İctimai Şuralarda vətəndaş cəmiyyətinin tanınmış simaları təmsil olunmalıdır"
“İctimai Şuraların” yaradılması prosesi tam şəffaf təşkil edilməli və vətəndaş cəmiyyətinin tanınmış simaları burada təmsil olunmalıdır".
Musavat.com-un məlumtına görə, bunu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib. O bildirib: "Cənab Prezident Nazirlər Kabinetinin iclasında hökumətin fəaliyyətinə ictimai nəzarətin təşkil olunmasının vacibliyini bir daha qeyd edərək bildirdi ki, ictimai nəzarət mexanizmləri işə salınmalı, ictimai fəallıq lazımı səviyyədə olmalı və ictimai nəzarət mexanizmləri tətbiq edilməlidir. Dövlət başçısı hökumətə bu məsələ ilə bağlı təkliflər hazırlamağı tapşırdı.
Şübhəsiz ki, bu ilk növbədə cənab Prezident tərəfindən vətəndaş cəmiyyəti institutlarına göstərilən böyük etimaddır. Digər tərəfdən isə bu dövlət başçısının həyata keçirəcəyi islahatlarda və qərar qəbulu prosesində sadə vətəndaşların yaxından iştirak etməsi üçün bir çağırışdır.
İctimai nəzarət mexanizmlərinə gəldikdə isə burada ilk növbədə nazirlik, komitə və yerli icra hakimiyyət orqanlarının nəzdində “İctimai Şuraların” yaradılmasına xüsusi diqqət yetirmək lazımdır. Düşünürəm ki, Nazirlər Kabinetinin təkliflərində effektiv ictimai nəzarət mexanizmi kimi “İctimai Şuraların” müvafiq qaydada yaradılması ayrıca qeyd olunmalıdır.
Bildiyimiz kimi, “İctimai Şuraların” yaradılması “Ictimai Iştırakçılıq ” haqqında qanunla tənzimlənir və bu qurumlara QHT-lər, KİV-lər, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qurupları və bələdiyyələrin məhəllə komitələrinin nüməyəndələri daxildir.
“İctimai Şuraların” yaradılması prosesi tam şəffaf təşkil edilməli və vətəndaş cəmiyyətinin tanınmış simaları burada təmsil olunmalıdır".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər