"Cərimələrlə iş həll olunmur" - Uşaqları zəhərləyənlərlə bağlı yeni təkliflər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-10-2015, 16:35 | Şərh sayı: (0) | Baxılıb: 350
"Cərimələrlə iş həll olunmur" - Uşaqları zəhərləyənlərlə bağlı yeni təkliflər
Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da yetkinlik yaşına çatmayan uşaqlara alkoqollu içki və tütün məmulatlarının satılması qadağandır və buna görə İnzibati Xətalar Məcəlləsində 100 manata qədər cərimə nəzərdə tutulur.
Lakin əfsuslar olsun ki, bu gün bir çox hallarda bu qadağaya əməl edilmir. Marketlərdə, mağazalarda yetkinlik yaşına çatmayan uşaqlara alkoqollu içki və tütün məmulatlarının satılmasının şahidi oluruq.
Bu məsələdə eyni zamanda, valideyn məsuliyyətini də yaddan çıxarmaq olmaz. Çünki çox zaman məhz valideynlər yetkinlik yaşına çatmayan övladlarını və hətta azyaşlı uşaqlarını alkoqollu içki və ya siqaret almağa göndərirlər.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev bildirib ki, təkcə cərimələrin tətbiq edilməsi ilə məsələ həll olunmur: "Burada bir mədəniyyət məsələsi, ailənin, məktəbin təbliğatı da vacibdir. Cərimələrlə iş həll olunmur. Ancaq İnzibati Xətalar Məcəlləsində cərimələrin məbləği artırıldıqdan sonra bu məsələnin qarşısı xeyli alınıb".
M.Quliyev bununla bağlı nəzarət mexanizmlərinin hazırlanmasını məqsədəuyğun hesab edir. Onun fikrincə, burada bələdiyyə orqanlarına da müəyyən səlahiyyətlər verilməlidir ki, nəzarət həyata keçirilsin.
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəsisi Nabil Seyidov da bu istiqamətdə təbliğat işinin aparılmasını vacib sayır. Onun fikrincə, televiziya kanallarında sosial reklamların yayımlanması, məktəblərdə maarifləndirmə işlərinin aparılması zəruridir.
N.Seyidov qeyd edib ki, burada vətəndaş məsuliyyəti də olmalıdır: "Əgər vətəndaş azyaşlı uşaqlara spirtli içki və ya siqaret satıldığını görürsə, bu barədə müvafiq orqanlara xəbər verməlidir. Bir çox hallarda yetkinlik yaşına çatmayan övladlarını və hətta azyaşlı uşaqlarını alkoqollu içki və ya siqaret satılmasının qarşısı alınır. Hüquq-mühafizə orqanları bu cür halları aşkarlayır və müvafiq inzibati tədbirlər görürlər. Ancaq vətəndaşlar da öz məsuliyyətlərini dərk etməlidirlər".
N.Seyidov bildirib ki, valideynlərin də bəzi hallarda uşaqlarını üçün siaret və sipirtli içkilər almağa göndərməsinin qarşısı alınmalıdır: "Buna görə, əlbəttə ki, valideynlərə qarşı tənbeh tədbirləri görülməlidir".
Qeyd edək ki, 2015-ci ilin may ayında Azərbaycanda yetkinlik yaşına çatmayan uşaqlara alkoqollu içki və tütün məmulatları satanlara qarşı cərimələr sərtləşdirilib. Qanuna edilən dəyişikliklərə əsasən, yetkinlik yaşına çatmayan uşaqlara etil (yeyinti) spirti, alkoqollu içki və tütün məmulatlarının satılmasına görə, tətbiq edilən cərimənin məbləği artırılıb. Belə hallara görə tətbiq edilən cərimənin məbləği 40 manatdan 100 manata qədər artırılıb.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər