Azərbaycanda yeni qurumlar yaradılacaq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-09-2015, 17:18 | Şərh sayı: (0) | Baxılıb: 398
Azərbaycanda yeni qurumlar yaradılacaq
Azərbaycanda dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatlar yaradılacaq.
Trend-in məlumatına görə, bununla bağlı "Publik hüquqi şəxslər haqqında" yeni qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Publik hüquq - ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Publik hüquqi şəxs isə dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.
Layihənin hazırlanmasında məqsəd publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydalarını müəyyən etməkdir. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır.
Layihəyə əsasən, publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulan məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin.
Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə nizamnamənin və strukturun təsdiqi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, icra orqanlarının yaradılması (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və vaxtından əvvəl xitam verilməsi, təsərrüfat cəmiyyətlərinin yaradılması, eləcə də idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi və digər məsələlər aiddir.
Rəhbər Mülki Məcəllə ilə müəyyən olunan tələblərə cavab verməlidir.
Yeni hazırlanan qanun layihəsi Milli Məclisin iclasında birinci oxunuşda qəbul edilib.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər