Şeyx Zəkzaki “sui-qəsdə təşəbbüs və ictimai iğtişaşlara çağırış” ittihamı ilə suçlandı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 21:00 | Şərh sayı: (0) | Baxılıb: 304
Şeyx Zəkzaki “sui-qəsdə təşəbbüs və ictimai iğtişaşlara çağırış” ittihamı ilə suçlandı
Nigeriya dövlətinin məhkəməsi Nigeriya İslam Hərəkatının baş katibi və tanınmış ruhani Şeyx Zəkzakiyə qarşı “sui-qəsdə təşəbbüs və ictimai iğtişaşlara çağırış” ittihamı ilə çıxış etdi.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) PRESS TV peyk kanalının informasiya portalına istinadla verdiyi xəbərə görə, dünən, 29 dekabr 2015-ci il, Nigeriya dövlətinin məhkəməsi Nigeriya İslam Hərəkatının baş katibi və tanınmış ruhani Şeyx Zəkzakiyə qarşı "sui-qəsdə təşəbbüs və ictimai iğtişaşlara çağırış” ittihamı ilə çıxış etdi.
Şeyx Zəkzaki və tərəfdarlarından bir neçə nəfəri Nigeriya ali məhkəməsində hazır oldular və məhkəmədən sonra həbsxanaya qaytarıldılar.
Amma xəbərdə məhkəmənin cüziyyatı, Şeyx Zəkzakinin özünü müdafiə etməsi və ya vəkilinin danışması barədə məlumat verilməyib.
Nigeriya polisinin sözçüsünə istinadla verilən məlumatda əlavə olunur: Şeyx əl-Zəkzəki bu məhkəmədə məkrli plan və ictimai asayişi pozmaqdan ittiham olunub.
Şeyx əl-Zəkzəki 13 dekabrdan Nigeriya təhlükəsizlik qüvvələrinin Zaria şəhərində onun mənzilinə dəhşətli hücumundan sonra həbsdədir.
Nigeriya təhlükəsizlik qüvvələri bu hadisədən bir gün sonra Zaria şəhərində müsəlmanların dini mərasiminə hücum etdi. Bu iki hücum nəticəsində yüzlərlə nəfər həlak oldu.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər