RSS
 

Login:
Şifrə:
» » Mənzil bazarına nəzarət dövlətin əlinə keçir

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Mənzil bazarına nəzarət dövlətin əlinə keçir

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-10-2015, 22:02 | Şərh sayı: (0) | Baxılıb: 301

Mənzil bazarına nəzarət dövlətin əlinə keçir


Mənzil bazarına nəzarət dövlətin əlinə keçir


Bundan sonra dövlətin daşınmaz əmlak və xüsusən də mənzil bazarına nəzarət imkanları artacaq.
Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin İpoteka Fondunun yenidən təşkil edilməsi və Mərkəzi Bankdan ayrılaraq onun bazasında ayrıca "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı fərmanını şərh edərkən deyib.

Ekspertin fikrincə, prezidentin "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalaması mühüm və olduqca zəruri addım oldu: "Birincisi, bu sahədə yeni və müstəqil bir qurum yaradıldı. Hansı ki, sözügedən cəmiyyət bilavasitə ölkədə əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizmini yeniləməyə, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunması ilə bağlı işlərin indi daha uğurla və müsbət yerinə yetirməsinə yardım edəcək.

İkincisi, fərmanla yeni yaradılan qurumun ipoteka kreditləşməsinə cəlb etdiyi vəsaiti yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti kreditin verilmə tarixinə ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmayan, o cümlədən təmir edilmiş, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisi başa çatdığı haqda məlumat verilmiş yaşayış evlərinin alınması üçün verəcəyi göstərilib".

Cari ilin I yarısında ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair hökumətin dövlət başçısının rəhbərliyi altında keçirilən iclasında ipoteka kreditləşdirilməsinə 200 milyon manat ayırmaq haqda məsələ qaldırıldığını xatırladan iqtisadçı hesab edir ki, mövcud iqtisadi və maliyyə çətinliklərinə, neftin qiyməti ilə əlaqədar gəlirlərin azalmasına baxmayaraq, prezident tərəfindən bunun gündəliyə gətirilməsi gözlənilməz oldu: "Məsələ bundadır ki, ipoteka vəsaitinin dövlət büdcəsi hesabına artırılması, o cümlədən şərtlərin də yumşaldılacağı təqdirdə mənzil bazarında qiymətlərin yüksəlməyəcəyinə bizdə heç vaxt heç bir zəmanət olmayıb. 200 milyon manat isə az vəsait deyildi və bunun necə paylanacağı, hansı şərtlərlə bölüşdürüləyəcəyi aydın deyildi. Sadəcə, deyilirdi ki, hökumətin strukturları bu sahədə müvafiq təkliflər hazırlayır.

200 miyon manat pul mənzillərin bahalaşması ilə nəticələnəcəkdisə və əgər əhalinin, həqiqətən də, yaşamaq üçün evə ehtiyacı olan hissəsinə çatdırılacaq kredit resursları tikinti inhisarçıları və daşınmaz əmlak biznesi ilə məşğul olanlar tərəfindən "bəhanə faktoruna" çevriləcəkdisə, o zaman əlavə problemlər yaranacaq və böhran ortaya çıxaracaqdı. Ancaq fikrimcə, bundan sonra dövlətin daşınmaz əmlak və xüsusən də mənzil bazarına nəzarət imkanları artacaq. Belə ki, qiymətləri yenə bazar şərtləri müəyyən etməkdə davam edəcəksə də, hökumətə əhalinin, həqiqətən də, mənzilə ehtiyacı olan hissəsinə dövlətdən ayrılan maliyyə vəsaitlərinin məqsədəuyğun xərclənməsinə nəzarət etmək imkanı yaranacaq. Bu da xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatını ödəmək üçün və sözügedən kateqoriyadan olan insanların əlverişli maliyyələşdirmə vasitələri ilə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanları asanlaşdırılmaqla, ipoteka kreditləşməsi sisteminin təkmilləşdirilməsinə və sadələşməsinə yardım edəcək".

İqtisadçı əlavə edib ki, prezidentin təşəbbüsü ilə 200 milyon manat ayrılması da, ipotekanın tikinti sektorunun inkişafına xidmət etməli və dövlətin bunun vasitəsilə daşınmaz əmlak bazarına nəzarət etməli olduğunu ehtiva edir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor