Rabitə Nazirliyinin tabeliyində “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” MMC yaradılıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-12-2015, 10:47 | Şərh sayı: (0) | Baxılıb: 482
Rabitə Nazirliyinin tabeliyində “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” MMC yaradılıb
Nazirlər Kabineti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar verib.
APA-nın məlumatına görə, qərara əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində payları dövlətə məxsus, özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəetmə orqanının yaradılmasını qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin etmək tapşırılıb. Əmlak Məsələləri Dövlət Komitəsi isə “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər