Ruhani: "Təyyarələr oyuncaq deyil" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-11-2015, 11:36 | Şərh sayı: (0) | Baxılıb: 334
Ruhani: "Təyyarələr oyuncaq deyil"
İran prezidenti Həsən Ruhani Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyənin F-16 qırıcı təyyarəsi tərəfindən vurulmasına münasibət bildirib.
Anspress-in məlumatına görə, İran lideri hər iki ölkəni soyuqqanlı olmağa çağıraraq, Türkiyə rəhbərliyinə təyyarə və raketlərin oyuncaq olmadığını vurğulayıb. Bundan əlavə, Ruhaninin fikrincə, "Su-24" təyyarəsində həlak olan pilotun günahkarını da Türkiyə hökuməti tapmalı və cəzalandırmalıdır.
"Türkiyə tərəfi deyir ki, Rusiyaya məxsus təyyarələr sərhədi keçdiyi üçün vurulub. Lakin bu, sadəcə bir ehtimaldır. Türkiyə bunu sübut etməlidir. Ümumiyyətlə, Yaxın Şərqdə xaos hökm sürür. Bu da müxtəlif təhlükələrə gətirib çıxarır", - deyə İran prezidenti qeyd edib.
Həsən Ruhani hər iki ölkənin - Türkiyə və Rusiyanın İranın dostu olduğunu vurğulayaraq, aralarındakı münasibətlərin qarşısının alınması üçün ehtiyatlı tədbirlər görməyi məsləhət bilir.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edərək bildirib ki, bir halda ki, Türkiyə Amerika koalisiyasına daxildir, Türkiyənin qırıcı təyyarələri Rusiyanın təyyarələrini ABŞ-ın qərarı ilə vura bilər. Rusiya diplomatiyasının başçısı onu da əlavə edib ki, Türkiyə Su-24-ü faktiki olaraq, Rusiya tərəfindən qadağan olunmuş ərazisində, yəni, İŞİD terror qruplaşması tərəfinə keçərək vurub.
Məhv edilmiş təyyarənin sağ qalmış pilotu - Konstantin Muraxtin hadisənin təfərrüatından danışarkən deyib ki, Türkiyənin F-16 qırıcı təyyarəsi bizim idarə etdiyimiz Su-24-ə qəfil hücum edib və onların hansısa manevr etmək imkanları olmayıb.
Bu ilin noyabrın 24-də Suriya-Türkiyə sərhədində Türkmən dağı yaxınlığında Rusiyaya məxsus döyüş təyyarəsi - "Su 24" Türkiyənin Hərbi Hava Qüvvələrləri tərəfindən məhv edilib.
Türkiyə tərəfi rus təyyarəsinin sərhədi keçdiyini bildirsə də, Rusiya Müdafiə Nazirliyi təyyarənin Suriya hava məkanında vurulduğunu açıqlayıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər