İrana qarşı sanksiyalar yanvarda aradan qaldırıla bilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-01-2016, 10:35 | Şərh sayı: (0) | Baxılıb: 204
İrana qarşı sanksiyalar yanvarda aradan qaldırıla bilər
Almaniya İrana qarşı sanksiyaların tezliklə aradan qaldırılmasını istisna etmir.
APA xəbər verir ki, bu barədə Almaniya XİN-in nümayəndəsi bildirib.
"Rəsmi Tehran nüvə razılaşmaları çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirsə, beynəlxalq sanksiyalar artıq yanvarda aradan qaldırıla bilər. Artıq bu tarix yaxınlaşmaqdadır", deyə Almaniya XİN nümayəndəsi vurğulayıb.
Bununla belə, Almaniyanın Sənaye Ticarət Palataları İttifaqının (DIHK) rəhbəri Folker Trayer bildirib ki, İranla Səudiyyə Ərəbistanı arasında baş verən son qalmaqal rəsmi Tehrana qarşı sanksiyaların aradan qaldırılması prosesinə əngəl törədə bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər