İran ABŞ-dan 1 trilyon dollar təzminat istəyir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-12-2015, 14:34 | Şərh sayı: (0) | Baxılıb: 354
İran ABŞ-dan 1 trilyon dollar təzminat istəyir
Vaşinqtonun ABŞ banklarındakı 1,7 milyard İran puluna əl qoyması Tehranı hərəkətə gətirib
İran parlamentinin sədri Əli Laricani Amerika Birləşmiş Ştatları Konqresinin Tehranın Amerika banklarındakı 1,7 milyard dollarlıq əmlakını müsadirə etməsini “soyğun” adlandırıb.
İRNA xəbər verir ki, İran Məclisini başqanı Əli Laricani amerikalıların diplomatik tədbirlərdə usta olmadığını, bu səbəbdən də “uşaq qərarları” verərək vəziyyətdən qurtulmaq istədiyini deyib:“Tehran ABŞ-ın atdığı addımlara qətiyyətlə cavab verəcək. Son günlərdə ABŞ İrandan ələ keçirdiyi 1,7 milyard dollarlıq dondurulmuş əmlaka uydurma bəhanələrlə əl qoyub. Onlar bu zalım addımları ilə İranın əmlakına tamamilə sahiblənmək istəyirlər. Bu, soyğuna bərabərdir”.
ABŞ Konqresində keçən həftə qəbul edilən qanun layihəsinə görə, 1983-cü ildə Livandakı ABŞ hərbi bazasına, 1996-cı ildə isə Səudiyyə Ərəbistanındakı Hobor qüllələrinə edilən bombalı hücumlarda rəsmi Tehranın rolu olduğunu əsas gətirilərək hücumlardan zərər çəkənlərə təzminat olaraq ödənməsi üçün İranın ABŞ banklarında dondurulmuş vəsaitlərindən 1,7 milyard dollar xərclənməsi nəzərdə tutulur.
Rəsmi Tehran bildirir ki, Vaşinqtonun bu addımı cavabsız qalmayacaq, İran da ABŞ-dan təzminat istəyəcək. Artıq bu haqda qərar layihəsinin lehinə 290 nəfərlik İran parlamentinin 166 nəfəri səs verib.
Qərarda İran parlamenti Həsən Ruhani hökumətindən 1953-cü il avqustun 19-dan bu yana ABŞ-ın İrana vurduğu zərərlərə görə Vaşinqtondan təzminat alınması üçün hüququ yollara baş vurması istənir. Sənəddə baş nazir Nüsəddiqin ABŞ xüsusi xidmət orqanlarının “Ajxka əməliyyatı” adı verilən əməliyyatı ilə devrildiyi iddia olunur. Qərar layihəsindəki maddələrdən birində isə İran və İraq arasında baş verən savaşda ABŞ-ın o zamankı İraq prezidenti Səddam Hüseynə canlı qüvvə, kəşfiyyat məlumatları ilə yardım etdiyi, eyni zamanda siyasi dəstək verdiyi göstərilir, bunun üçün ABŞ-dan 1 trilyon dollar təzminat tələb olunur. Rəsmi Tehran həmin savaşda İranın 223 min vətəndaşının həlak olduğunu, 600 min iranlının isə yaralandığını və şikəst olduğunu deyir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər