Azərbaycan nümayəndə heyəti İrana səfər edəcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-12-2015, 18:24 | Şərh sayı: (0) | Baxılıb: 289
Azərbaycan nümayəndə heyəti İrana səfər edəcək
Dekabrın 21-də İran İslam Respublikasının Tehran şəhərində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 10-cu iclası keçiriləcək.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrlərinin - iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edəcək.
İqtisadiyyat və sənaye naziri, Dövlət Komissiyasının həmsədri Ş.Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin 21-22 dekabr tarixlərində İran İslam Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər, Təbriz və Tehran şəhərlərində İran - Azərbaycan biznes-forumları keçiriləcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər