Əl-Əzhər yenə də təfriqə tabulu vuraraq Britaniyada Şiə Mərkəzlərinə dair xəbərdarlıq edib! |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 21:13 | Şərh sayı: (0) | Baxılıb: 268
Əl-Əzhər yenə də təfriqə tabulu vuraraq Britaniyada Şiə Mərkəzlərinə dair xəbərdarlıq edib!
Avropa ölkələrində Ali-Səudun himayəsi ilə vəhabiliyi təbliğ edən mərkəzlərin meydan suladığı halda, əl-Əzhər şiələrə qarşı "əl-həzər" edib!
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün dünyanın hər yerində, o cümlədən ABŞ və Avropa ölkələrində terrorist və təkfirçi rejim olan Ali-Səud sülaləsinin hakimiyyət etdiyi Ərəbistanın mali və maddi himayəsi ilə vəhabilik təfəkkürün və təkfirçiliyi təbliğ edən mərkəzlərin meydan suladığı bir halda, Misirin əl-Əzhər İslam Mərkəzi düşmənçilik və məzhəbçilik təəssübü ilə hazırladığı bir hesabatda şiələrin Qərbdə çoxaldığını, xüsusilədə Britaniya və Londanda 70 şiə mərkəzi olduğunu vurğulayıb və şiə mərkəzlərinin çoxalması ilə bağlı xəbərdarlıq edərək, bu məzhbə qarşı "əl-həzər" elan edib! Halbuki Britaniyada fəaliyyət göstərən şiə mərkəzlərinin əksəriyyəti dini təmayüllü deyil, bəlkə təlim-tərbiyə mərkəzləri və elmi təşkilatlardırlar ki, bunların da heç birisi firqəçiliklə məşğul olmur – (əlbəttə ABŞ, İngilis və Sionistlərin yaratdığı "şiə mərkəzləri" və "şiə tv kanalları" bundan istisna olunur).
Əl-Əzhər hesab mərkəzinin yaydığı elanda deyilir ki, 2011-ci ilin hesablamalarına görə Britaniyanın 4.5 %-ni müsəlmanlar təşkil edilər və İslam dini bu ölkədə artmaqdadır.
Qeyd edək ki, bu ölkədə 2.8 milyon müsəlman yaşayır ki, bunun də 0.5 faizini şiələr təşkil edir. Şiələri arasında isə 12 imamçılar, zeydilər və ismailiyyə təriqətinə mənsub olanlar vardır. Şiələrin sayı 400 min nəfər civarındadır ki, əksəriyyəti İran, İraq, Pakistan və Türkiyə vətəndaşlarıdırlar. Və maraqlıdır ki, Avropa ölkələrinin və xüsusilə də Britaniya müsəlmanlarının əksəriyyətini əhl-sünnə və vəhabilər təşkil etdiyi halda, Əl-Əzhər nə üçün məhz şiələrə qarşı xəbərdarlıq elan edir?!
Əl-Əzhər yaydığı bu hesabatda Britaniyada olan "əl-Hüseyni İslam Mərkəzi", "Darul-İslam", "Əhl-Beyt", "Alul-Beyt", "İmam Xoi", "Rəsulul-Ə`zəm", "Əl-Müslim", "İmam Əli (ə)", "Əl-Heydəri" kimi şiə mərkəzləri və hüseyniyyələrin də adlarını açıqlamışdır. Və sonda iddia etmişdir ki, Avropada şiə və sünni münasibətləri rizayətbəxş bir halda deyildir!!!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər