Azərbaycan təşkilatı dünyanın ən güclü 100 beyin mərkəzi siyahısında |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-01-2016, 15:47 | Şərh sayı: (0) | Baxılıb: 293
Azərbaycan təşkilatı dünyanın ən güclü 100 beyin mərkəzi siyahısında
Çin Sosial Elmlər Akademiyası (CASS) "Qlobal Beyin Mərkəzlərinin Qiymətləndirilməsi" hesabatını təqdim edib. İki ili əhatə edən qiymətləndirmə layihəsində dünyanın müxtəlif ölkələrində yerləşən 1575 beyin mərkəzi arasında sorğu keçirilib.
Eyni zamanda 1781 beyin mərkəzi ilə bağlı araşdırmalara aparılıb. Tədqiqat nəticəsində dünyanın aparıcı beyin mərkəzləri seçilən qurumlar 31 ölkəni təmsil edir. Qlobal beyin mərkəzlərində ölkə olaraq ABŞ liderdir. Pekində aparılan tədqiqata görə, dünyanın 100 ən güclü beyin mərkəzinin 18-i bu dövlətin payına düşür.
Daha sonra 11 aparıcı beyin mərkəzi ilə Almaniya gəlir. Çin və Yaponiya 9 güclü beyin mərkəzləri sonrakı yerləri bölüşürlər. Milli.Az Musavat.com-a istinadən bildirir ki, sevindirici haldır ki, 31 ölkə arasında Azərbaycan da var. İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) dünyanın ən güclü 100 beyin mərkəzindən biridir.
Çinlilərin araşdırmasına görə, İSİM 134 balla dünyada 57-cidir. Dünyada yerləşən 10 minə yaxın beyin mərkəzi arasında ilk ən güclü yüzlüyə daxil olmaq, təbii ki, qürurvericidir. Qeyd edək ki, dünya beyin lider 179 balla ABŞ-ın Karnegi Mərkəzi seçilib.
İSİM sədri, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, əslində, Pekində aparılan kifayət qədər sanballı araşdırmada İSİM-in dünyanın aparıcı beyin mərkəzləri siyahısına daxil edilməsi qürurvericidir. İSİM hər zaman özünün elmi tədqiqatları ilə dünyanın aparıcı beyin arenalarının diqqət mərkəzindədir. Hər il bizim mərkəzin hesabatlarına yüzlərlə qlobal istinad edilir.
Dünyanın aparıcı universitetləri, media qurumları mütəmadi olaraq İSİM-in hesabatlarına müraciət edirlər. Biz bütün qlobal qiymətləndirmələrdə və hesabatlarda regionda top beyin mərkəziyik və bunu da qoruyub saxlamaqdan ötrü keyfiyyətli tədqiqat bizim üçün hər zaman prioritet olacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər