Əl-Əzhərin İŞİD-i təkfir etməməsi barədə Misirin İslami Tədqiqatlar birliyinin açıqlaması |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 21:03 | Şərh sayı: (0) | Baxılıb: 250
Əl-Əzhərin İŞİD-i təkfir etməməsi barədə Misirin İslami Tədqiqatlar birliyinin açıqlaması
Misirin İslami Tədqiqatlar birliyinin baş katibi, Əl-Əzhər universiteti tərəfindən İŞİD-i təkfir edilməməsinin səbəbini açıqlayıb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentlliyi) "əl-bəvvabətu nyuz" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Mühyiddin Əfifi - Misirin İslami Tədqiqatlar birliyinin baş katibi, Əl-Əzhər universiteti tərəfindən İŞİD-in təkfir edilməməsinin (kafir elan olunmamasının) səbəbi barədə dünən (7 yanvar 2016) "ƏNƏ MİSR" TV proqramında deyib: Əgər Əl-Əzhər universiteti belə bir addım atarsa və İŞİD-i təkfir edərsə, bölgədə qan dəryası axar. Təkfirçiliyin daha da genişlənməsinə səbəb olar. Buna görə də İŞİD-in təkfir olunması heç vaxt terrorizmlə mübarizənin həlli yolu kimi ortaya qoyula bilməz.
O həmçinin dedi: İŞİD ünsürləri törətdikləri cinayətə və etdikləri əməllərə əsasən kafirdirlər, çünki onlar insanların qanını tökmək, abır və heysiyyətlərinə toxunmağı halal sayıblar və İslam dinindən xaric olublar.
Mühyiddin Əfifi - Misirin İslami Tədqiqatlar birliyinin baş katibi, çıxışının davamında Əl-Əzhərin İŞİD-ə qarşı bir sıra təlaşlarına və Misr dövlətini terrorizmlə mübarizədə himayə etməsinə işarə etdi.
Bütün müsəlmanların Əl-Əzhərdən intizarının İŞİD-i təkfir etməsi olduğu halda Əl-Əzhərin müavini Abbas Şuman bu barədə deyib: "Əl-Əzhər heç vaxt "şəhadəteyn"i (Allah təkdir və Məhəmməd onun rəsuludur) deyən insanları kafir hesab edə bilməz. Baxmayaraq ki, onlar çoxlu günahlar və ən böyük cinayətləri belə törətmiş olsalar da. Əgər Əl-Əzhər İŞİD-i təkfir etsə, onda elə İŞİD-in özü kimi olacaqdır. Çünki onlar da müxalifləri təkfir edirlər".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər