Britaniya rəsmiləri "İŞİD videosunu" nəzərdən keçirir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-01-2016, 19:05 | Şərh sayı: (0) | Baxılıb: 312
Britaniya rəsmiləri "İŞİD videosunu" nəzərdən keçirir
Böyük Britaniyanın təhlükəsizlik və kəşfiyyat agentlikləri özünü "İslam Dövləti" adlandıran qruplaşmanın paylaşdığı görüntülərdə ingilis vurğusu ilə danışan kişinin və uşağın kimliyini təsdiq etməyə çalışır.
Videoda Böyük Britaniyaya casusluq etməkdə ittiham olunan 5 kişinin öldürülməsi göstərilir.
Hökümət rəsmiləri hazırda səs analizi apararaq, onları İraq və Suriyaya gedərək İD-ə qoşulanlarla tutuşdurmağa çalışır.
10 dəqiqəlik videoda kişi Böyük Britaniyaya hücumlara dair təhdidlər edib.
O, həmçinin deyib ki, bu, baş nazir David Camerona mesajdır.
Altı-yeddi yaşlarında olan bir uşağı öldürəndən sonra hərbi geyimdə olan kişinin uzaqdan kimlərisə "kafir" adlandırıb öldürəcəyi eşidilib.
İD, bundan əvvəl də təbliğat videolarında uşaq və başkəsmələrdən istifadə edib.
Videoda göstərilir ki, səhra kimi yerdə olan 5 kişi tövbə etdikdən sonra başının arxasından vurulur.
Kişilərdən biri deyir ki, ondan İD döyüşçülərinin, xüsusilə iki britaniyalının yerini demək, başqa sözlə, onları hava hücumlarının hədəfi etmək istənilib.
Kişilərdən heç biri Britaniyadan olduğunu demir, bəziləri Suriyanın Rəqqa şəhərindən, biri isə liviyalı olduğunu söyləyir.
"Britaniya xalqı, bil ki, sənin vətəndaşlığın bizim ayaqlarımız altındadır və bizim ölkəmiz, İslam Dövləti həmişə var olaraq", üzünə maska geyinmiş ingilis vurğusu ilə danışan kişi deyib.
"Biz cihada davam edəcəyik, sərhədləri qıracaq və bir gün sənin torpağını Şəriətlə idarə edəcəyik."
Britaniyanın Xarici İşlər Ofisinin sözçüsü bildirib ki, "bizim videodan xəbərimiz var və araşdırırıq".
İD 2014-cü ildə Suriya və İraqın bir çox ərazisini zəbt edərək İslam qaydaları və ya Şəriətlə idarə edilən "xəlifəlik" yaratdığını elan edib
(BBC).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər