İŞİD, yoxsa çoxbaşlı əjdaha... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-12-2015, 15:53 | Şərh sayı: (0) | Baxılıb: 286
İŞİD, yoxsa çoxbaşlı əjdaha...
İŞİD məğlub edilərsə belə “Suriyadakı cihad terroru” bitməyəcək, çünki onun yerini tutmağa hazır olan 15 başqa cihadçı qruplaşma var.
Bu barədə Britaniya mətbuatı yenicə açıqlanmış hesabata əsasən yazır. Hesabatda deyilir ki, Suriyada döyüşən üsyançıların üçdə birini İŞİD adlı təşkilatın ideallarına bənzər dini inancları və siyasi məqsədləri olan qruplaşmalar təşkil edirlər.
Hesabat müəlliflərinin fikrincə, faktikin olaraq bu 15 təşkilatdan hər biri İŞİD-in hərbi məğlubiyyətinin ardınca yaranmış boşluğu doldurmaq qabiliyyətindədir.
O da qeyd olunur ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarında Suriyada cəmi 31 min İŞİD döyüşçüsünün olduğu deyilsə də sözügedən başqa qrupların sıralarında 65 min silahlı birləşib.
Yeni hesabatı Din və Geosiyasət Mərkəzi (Centre on Religion and Geopolitics) təşəbbüs qrupu hazırlayıb. Bu qrupun Britaniyanın keçmiş baş naziri Toni Bleyerə bağlı olduğu söylənir.
Qrup hesabatın hazırlanması prosesində Suriyadakı 48 qiyamçı dəstənin siyasi baxışlarını araşdırıb. Əldə olunan nəticələr onlardan 33 faizinin İŞİD-in ideologiyasına davamçılıq etdiyini göstərib.
Şərhçilərin fikrincə, əgər bura şəriət qanunlarına uyğun hökumət qurmaq istəyən qruplaşmalar da daxil edilərsə, sözügedən rəqəm 60 faizə yüksələr.
Hesabatda deyilir ki, “əgər İŞİD məğlub edilərsə, onun yerini tutmağa hazır olan başqa sələfi-cihadçı qrupların 65 min döyüşçüsü var”.
"Beynəlxalq birlik üçün ən böyük təhlükəni İŞİD-in ideologiyasını bölüşən, lakin İŞİD-ə qarşı döyüş meydanında nəzərə alınmayan bu qruplaşmalar təşkil edir” - deyilir hesabatda.
Hesabatda tövsiyə olunur ki, İŞİD-ə qarşı hərbi əməliyyatlar zəruri olsa da siyasətçilər İŞİD-in məğlubiyyəti ilə sələfi cihadçılığına son qoyulamyacağını nəzərə almalıdırlar və buna görə də cihadçılığın hərəkətverici qüvvəsi olan zehniyyət və ilahiyyatçılıq məğlub edilməlidir.
Hesabatda bu da qeyd olunur ki, Suriyadakı üsyançı birləşmələrin 90 faizi prezident Bəşər Əsədin devrilməsini məqsəd qoyub və “onun prezidentliyi şəraitində heç bir sülh razılaşmasından söhbət gedə bilməz”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər