Yaponiya KXDR-ə qarşı sanksiyalara hazırlaşır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 12:03 | Şərh sayı: (0) | Baxılıb: 271
Yaponiya KXDR-ə qarşı sanksiyalara hazırlaşır
Yaponiyanın baş naziri Şinzo Abe BMT Təhlükəsizlik Şurasında müzakirələr zamanı Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sanksiyaların gücləndirilməsi təklifi ilə çıxış edəcəyini bildirib.
Ixlas.Az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 7-də parlamentin yuxarı palatasında çıxış edən Ş.Abe KXDR-i hidrogen bombası sınağının keçirilməsi barədə bəyanatına görə kəskin tənqid edib. Baş nazir bu sınağı Yaponiyanın təhlükəsizliyinə qarşı ciddi təhdid kimi dəyərləndirib. O, Pxenyanın bu hərəkətini BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və nüvə silahının yayılmaması barədə beynəlxalq normaların pozulması kimi şərh edib.
Ş.Abe bəyan edib ki, həmin gün o, ABŞ prezidenti Barak Obama ilə telefon danışığı zamanı KXDR-in təhdidlərinə qarşı beynəlxalq ictimaiyyətin cavab addımlarına başçılıq etmək barədə razılığa gəliblər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər