Yaponiyanın baş naziri Abe Putinlə görüş istəyir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-01-2016, 10:53 | Şərh sayı: (0) | Baxılıb: 305
Yaponiyanın baş naziri Abe Putinlə görüş istəyir
Yaponiyanın baş naziri Şinzo Abe deyir ki, iki ölkənin sülh sazişi əldə etməsi üçün Rusiya prezidenti Vladimir Putinlə danışıqlara ehtiyac var.
2-ci dünya müharibəsindən bəri Yaponiya və Rusiya heç vaxt sülh sazişi imzalamayıblar. Yaponiyanın Hokkaido adasındakı şimaldakı adalarla bağlı ərazi mübahisəsi var. Yaponiya oranı “Şimal Ərazisi” adlandırır.
Abe yanvarın 4-də Tokioda keçirilən mətbuat konfransında onu da deyib ki, Rusiya terrorçuluqla mübarizədə, İran və Suriya böhranlarında konstruktiv rol oynamalıdır.
2012-ci ildə vəzifəyə gələndən Abe Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Ancaq Ukrayna münaqişəsi və digər məsələlər bu işi əngəlləyir.
Putin-in Yaponiyaya səfərləri də təxirə salınıb. Qərb Rusiya liderlərinin sözügedən böhranlarda iştirakından narahatdır.
"Azadlıq" radiosu
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər