"Moskva narahatdır" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-01-2016, 17:35 | Şərh sayı: (0) | Baxılıb: 271
"Moskva narahatdır"
Rəsmi Moskva Koreya Xalq Demokratik Respublikasının hidrogen bombasını sınaqdan keçirməsi xəbərindən olduqca narahatdır.
APA-nın verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Rusiya prezidenti Vladimir Putin sınağın keçirilməsi haqda məlumatın təsdiqlənəcəyi təqdirdə, seysmoloji stansiya ölçülərinin göstəricilərini öyrənmək və vəziyyəti təhlil etmək barədə göstəriş verib", - deyə D.Peskov qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, Pxenyanın hidrogen bombasını sınaqdan keçirməsi təsdiqlənsə, bu, onun nüvə silahının inkişafı yolunda yeni addım atmasının göstəricisi olacaq: "Bu isə beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurası qətnamələrinin kobud şəkildə pozulması deməkdir. Rusiya hidrogen bombasının sınağını diqqətlə izləyir və mövcud texniki məlumatları təhlil edir. Hazırkı vəziyyətdə bütün maraqlı tərəfləri təmkin nümayiş etdirməyə və regionda gərginliyin idarə olunmaz şəkildə artmasına gətirib çıxaracaq addımlardan çəkinməyə çağırırıq".
M.Zaxarova qeyd edib ki, Rusiya Koreya yarımadasındakı vəziyyətin diplomatik yolla - altıtərəfli danışıqlar vasitəsilə tənzimlənməsini və tezliklə dialoqun başlanmasını dəstəkləyir.
Xatırladaq ki, Şimali Koreya bu gün hidrogen bombasının uğurla sınaqdan keçirildiyi barədə məlumat yayıb. Artıq ABŞ, Çin, Böyük Britaniya, Fransa və Avstraliya daxil olmaqla, bir sıra dövlətlər Pxenyanın bu addımını pisləyən bəyanatla çıxış edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər