Midiya dövləti |
Müəllif: Admin | Bölmə: Azərbaycan tarixi | Vaxt: 24-12-2015, 06:02 | Şərh sayı: (0) | Baxılıb: 3360
Midiya dövləti
Təxminən e.ə. I minillikdə [[Midiya]] tayfa ittifaqı meydana gəlir və artıq e.ə. 7-ci yüzilliyin 1-ci yarısında bir dövlət kimi bərqərar olur. Midiya dövlətinin paytaxtı [[Ekbatan]] (müasir [[Həmədan]]) olmuşdur. Demək olar ki, eyni dövrdə Azərbaycanda [[skiflər]]in dövləti də mövcud idi. Bu dövləti [[Qafqaz]]a [[Dərbənd]] keçidindən daxil olmuş köçəri tayfalar yaratmışdır. Həmin dövlət Ön Asiyanın o zamankı tarixində mühüm rol oynadığına baxmayaraq er.əv. VI əsrin 90-cı illərində yox olmuşdur. Elə bu dövrdə də Midiyanın yüksəlişi başlanır. [[Kiaksar]] şahın dövründə (er.əv. 625-585-ci illər) Midiya xüsusilə güclənərək [[Urartu]] və Cənubi Qafqazı özünə tabe etdirmiş, [[Assuriya]] imperiyasına bir neçə döyüşdə qalib gəlmişdir. Lakin artıq er.əv. 6-cı yüzilliyin ortalarında bu dövlət tənəzzülə uğrayır və onun əraziləri ilk fars dövləti olan Əhəmənilər imperiyası tərəfindən zəbt edilir. Bu imperiyanın hökmdarı şahənşah [[II Kir]]in dövründə (er.əv. [[E.ə. 559|559]]-[[E.ə. 530|530]]) ölkənin paytaxtı [[Ekbatan]]a talan edilmiş, Midiyanın özü isə [[Əhəmənilər]] dövlətinin əyalətlərindən birinə çevrilmişdir. Müxtəlif xalqları və əraziləri özünə zor gücü ilə tabe etdirən bu dövlət artıq er.əv. 4-cü yüzilliyin 2-ci yarısında [[Makedoniyalı İsgəndər]] tərəfindən zəbt edilmişdir. Makedoniyalı İsgəndərin imperiyası [[Balkan yarımadası]]ndan Şimali [[Hindistan]]a və [[Qafqaz]]dan [[Misir]] və [[Fars körfəzi]]nə qədər uzanan nəhəng bir ərazini əhatə edirdi. Bu imperiyanın əmələ gəlməsi tərkibində və qonşuluğunda olan xalqların mədəni, mənəvi, elmi və ictimai həyatlarına böyük təsir göstərmiş, qədim dünya tarixində yeni bir dövrün ellinizmin yaranmasına gətirib çıxardı. [[Ellinizm]] dövründə Azərbaycan ərazisində iki yerli dövlət [[Qafqaz Albaniyası|Albaniya]] və [[Atropatena]] mövcud olmuşdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər