ABŞ Əsədi devirmək istəmir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-12-2015, 19:22 | Şərh sayı: (0) | Baxılıb: 259
ABŞ Əsədi devirmək istəmir?
ABŞ və tərəfdaşlarının bu gün Suriyada rejimi dəyişmək niyyəti yoxdur.
Ixlas.Az APA-ya istinadən bildirir ki, bunu Moskvada səfərdə olan ABŞ dövlət katibi Con Kerri deyib.
"ABŞ və tərəfdaşları bu gün Suriyada rejimin dəyişməsinə cəhd etmirlər. Biz bildirmişik ki, Əsədin gələcəkdə lider olmaq imkanı yoxdur, lakin bu gün biz diqqətinizi aramızda olan fikir ayrılıqlarına yönəltmirik", deyə Kerri Rusiya prezidenti Vladimir Putin və həmkarı Sergey Lavrovla görüşündən sonra bildirib.
O qeyd edib ki, danışıqlar zamanı əsas diqqət Suriya xalqına ölkəsinin gələcəyini özü müəyyən etməsinə imkan yaradacaq siyasi prosesə yönəlib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər