"ABŞ səhvə yol verib" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-12-2015, 09:47 | Şərh sayı: (0) | Baxılıb: 281

"ABŞ səhvə yol verib"
ABŞ dövlət katibi Con Kerri ölkəsinin Liviyada səhvə yol verdiyini etiraf edib və məsələ ilə bağlı prezident Barak Obamanın dediklərini xatırladıb.
APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Con Kerri "Rossiya 1" telekanalına müsahibəsində bildirib. "Prezident Obama ABŞ-ın Liviyada addımlarının bəzilərinin səhv olduğunu etiraf edib, çünki Amerika hərbi müdaxilə etdikdən sonra bu ölkədə legitim hakimiyyətin formalaşdırılmasına dəstək verməyib", - deyə Kerri bildirib.
Dövlət katibi əlavə edib ki, ABŞ ölkədə vəziyyətin sabitləşməsinə və gərginliyin azalmasına ümid edərək Liviyada yaradılacaq yeni milli birlik hakimiyyətini dəstəkləmək niyyətindədir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər