Ali – Səud sülaləsi bütün pisliklərin və terrorizmin anasıdır və öz qəbrini öz əli ilə qazmışdır! |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-01-2016, 19:32 | Şərh sayı: (0) | Baxılıb: 550
Ali – Səud sülaləsi bütün pisliklərin və terrorizmin anasıdır və öz qəbrini öz əli ilə qazmışdır!
Ayətullah Xatəmi (XÜBRƏQAN, - Ali Dini Rəhbəri təyin etmə məclisinin üzvü) dedi: Ali – Səud sülaləsi bütün pisliklərin, təkfirçiliyin, təfriqəçiliyin və terrorizmin anasıdır və öz qəbrini öz əli ilə qazmışdır.
ŞƏBİSTAN xəbər agentliyinin müqəddəs Qum şəhəri şöbəsi müxbirinin verdiyi xəbərə görə, Ayətullah Xatəmi (Ali Dini Rəhbər seçmə məclisinin üzvü = xübrəqan) bu gün, 3 yanvar 2016-cı il tarixində), müqəddəs Qum şəhəri elmi dini hövzəsinin tələbələrinin və Qum şəhəri əhalisinin Səudiyyə Ərəbistanını məhkum etmək üçün keçirdiyi aksiya zamanı Qumun "Məscide-Ə`zəm" adlanan məscidində çıxışında dedi: Ali – Səud sülaləsi bütün pisliklərin, təkfirçiliyin, təfriqəçiliyin və terrorizmin anasıdır və öz qəbrini öz əli ilə qazmışdır. Ali – Süud bu cinayəti terrorizmlə və təkfirçiliklə mübarizə adı altında törətdi. Çox da gülməli bir bəhanədir. Çünki özü terrorist yetişdirir və terrorizmin anasıdır.
O əlavə etdi: Şiə tarixində şəhadətlər həmişə İlahi hərəkatları irəli aparmaq üçün təkan verən mühərriklər kimi olublar. İslam İnqilabının qələbəsi ildönümü ərəfəsindəyik, o günləri xatırlayın ki, pəhləvi rejimi neçə-neçə mübarizləri şəhid etdi və cinayətləri törətdi, amma sonda 1357-ci ilin Bəhmən ayında xaql qələbə çaldı və şah süqut etdi.
Xatəmi dedi: Ayətullah Şeyx Nimr öz şəhidlik arzusuna çatdı. Ali-Səud bilsin ki, bu cinayəti ilə öz gorunu qazmış oldu. Bu rejim Allahın köməyi ilə tez bir zamanda məhv olacaqdır.
O əlavə etdi: Bütün bu cinayətlərin həfədi şiəliyə qarşı yönəlmişdir, düşmənlər səudiyyə kimi cinayətkarların əli ilə regionda və müsəlmanlar arasında sünni-şiə savaşını şölələndirmək istəyirlər.
Ayətullah Xatəmi vurğuladı: Regionda bütün terror cinayətlərinə analıq edən Səudiyyə rejimi bütün bu cinayətləri İsrail və Amerkianın yaşıl işığı ilə həyata keçirir. Buna görə də çox yaxın zamanlarda süquta uğramaq və məhv olmaq bu rejimin qaçılmaz taleyidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər