"Allahın müqavimətçilərə vədəsi qələbədən başqa bir şey deyil" - Seyid Əl-Husi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-12-2015, 22:25 | Şərh sayı: (0) | Baxılıb: 293
"Allahın müqavimətçilərə vədəsi qələbədən başqa bir şey deyil" - Seyid Əl-Husi
İxlas.az-ın “Əl Əhd” portalına istinadən verdiyi xəbərə əsasən, seyid Əbdül-məlik Əl-Husi "vəhdət həftəsi"lə bağlı çıxış edərək müsəlmanalrın problemlərindən danışıb. O müsəlmanların problemlərinə toxunaraq: “Biz Rəsulullahı (s) hidayətçi və iman müəllimi kimi qəbul etmişik. Biz bu həzrətin doğum gününü nura tərəf yönəldən bir pəncərə görürük. Yəmənin böyük xalqı Səud rejiminin bütün müsibət və zülmlərinə baxmayaraq islam dəyərlərinə sadiq qalacaqdır. Müsəlmanların böhranlı vəziyyətdə olmalarının səbəbi onlardan bəzilərinin düşmənə qoşulmasıdır. Əgər dünənin cahiliyyəti qılıncla öldürürdüsə, bu günün cahiliyyəti yeni silahlarla bunu reallaşdırır. Bu günün nadanları yəni Səudiyyə, ABŞ, BƏƏ və digərləri müxtəlif cinayətlər törədirlər. Səudiyyə və BƏƏ ABŞ-a qulluq edir. Muhəmmədin (s) xalis islamı Səudiyyənin, ABŞ ya İsrailin təqdim etdiyi deyil. İslam ümmətinin xalis islama qayıdışdan başqa çarəsi yoxdur" deyə danışıb.
Əl-Husi düşmənin İraq və Yəməni bölmək üçün planları olduğunu bildirərək ümmətin ixtilaf və ayrılığıa düşməsini acınacaqlı və ürəkyandıran məsələ kimi qiymətləndirib.
"Ənsarullah" lideri fitnələri dəstəkləyən müsəlmanları tənqid edərək deyib: "Bəzi müsəlmanlar da bunu dəstəkləyirlər. Müsəlmanların çox təkfirçilərə aldanıblar. Bu ABŞ-dır ki, Yəmənlə mübarizədədir. BƏƏ və Səud rejimi onları təmsil edirlər. İslam ümmətinin problemlərindən biri budur ki, ABŞ-ı insan haqlarının müdafiəçisi, İsrailin isə sülh istədiyini hesab edirlər. Həqiqi islam ABŞ-ın ardıca getməklə əldə olunmayacaq. Yəmən xalqı öz mübarizəsinə davam edəcək və ABŞ, İsrail və Səud rejimi ilə var gücü ilə döyüşəcək".
İŞİD terror qruplaşmasının düşmənin əsas silahı olduğunu da qeyd edən Əbdülməlik Əl-Husi "İŞİD ABŞ-ın məhsuludur. Onların missiyası ölkələri parçalamaq və islam ümmətini zəiflətmədir. Onlar ABŞ və İsrail üçün şərait yaradırlar. Bizim Fələstinlə bağlı mövqeyimiz də dəyişməz olaraq qalır. ABŞ məhz buna görə Yəmənlə mübarizədədir. Çünki o bütün azadsevərlərlə mübarizədədir. ABŞ, İsrail, Səud rejimi, BƏƏ, İŞİD və "Əl Qaidə" bir cəbhədə mübarizə aparırlar və vahid layihələri var. Bütün azad insanlardan Yəmənin azadlığı üçün çalışmalarını istəyirəm. BMT-də Qərblə əlbirdir. İveçrədə olan müzakirələrdə ABŞ səfiri BMT nümayəndəsi ilə əlaqədə idi və müzakirələrin dayandırılmasını istəyirdi. Bizim ABŞ-a müqavimət göstərmək gücümüz var və süstlük bizə hakim olmamalıdır. Biz haqlıyıq və azadlığımızı və dəyərlərimizi müdafiə edəcəyik. Mübarizənin olduğu müddətdə süstülük etmək olmaz. Biz hər şəraitdə savaşmağa hazırıq. Allahın öz müqavimətçi bəndələrinə verdiyi vədə qələbədən başqa bir şey deyildir.” deyə bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər