İraqda sərt çağırışlar: Şəhid Nimr üçün ölkə boyu kütləvi etirazlar gözlənilir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-01-2016, 19:12 | Şərh sayı: (0) | Baxılıb: 315
İraqda sərt çağırışlar: Şəhid Nimr üçün ölkə boyu kütləvi etirazlar gözlənilir
Dünya miqyasında İslam alimi Ayətullah Nimrin edamına etirazlar davam edir.
Maide.az xəbər verir ki, İraqın tanınmış ictimai xadimlərindən Müqtəda Əs-Sədr səud rejiminin bu addımına cavab olaraq İraq xaqını etiraz mitinqlərinə çıxmağa çağırıb. M.Sədr həmçinin hökuməti Səud rejimi ilə əlaqələri kəsməyə çağırıb.
u çağırışlardan sonra paytaxt Bağdadda etiraz mitinqi keçirən narazı kütlə Səud rejimi səfirliyinin bağlanılmasını və rejimi səfirinin ölkədən çıxarılmasını tələb edib. Eyini zamanda müqəddəs Kərbəla şəhərində yenidən təşkil edilən mitinq-yürüşdə Səud rejimi ilə bütün əlaqələrin kəsilməsi tələb edilib.
Ayətullah Nimrin edamına laqeyid qalmayan İraq müqavimət qüvvələri birgə bəyanat yayıb. “İraq Müqavimət Qrupları iraqlıları Ayətullah Nimrin edamına etiraz etmək üçün 06 yanvar 2016–cı il tarixdə ölkə böyü kütləvi etiraz mitinqləri keçirməyə çağırır”, - deyə ortaq bəyanatda deyilir. Müqavimət qrupları Səud rejimi səfirinin ölkədən çıxarılmasını və İraqın rejimdəki səfirinin geri çağırılmasını tələb edir.
Bəyanatın sonunda vurğulanır: “İraqdakı Səud rejimi vətəndaşı terrorçular barəsində verilən edam qərarı dərhal icra olunmalıdır, İraq hökuməti xalqımızın qanını tökən səud terrorçularını edam etməli və Səudiyyə Ərəbistanı mallarını boykot edilməsi qərarını tətbiq etməldir.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər