Ayətullah Xamenei: İngilislər şiə-sünni arasında ixtilaf və müharibə salmaqda çox ustadırlar |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-01-2016, 06:03 | Şərh sayı: (0) | Baxılıb: 439
Ayətullah Xamenei: İngilislər şiə-sünni arasında ixtilaf və müharibə salmaqda çox ustadırlar
“İngilislər şiə-sünni arasında ixtilaf və müharibə salmaqda çox ustadırlar. Onların bu sahədə təcrübəsi var. Lakin bu gün amerikalıların İslam dünyası ilə əlaqədar planı daha təhlükəlidir. Amerika rəsmiləri şiə-sünni mövzusunu dilə gətirib onun haqqında fikir irəli sürməyə başlayandan sonra əqidə və düşüncə əhli ciddi şəkildə nigaran olmağa başladı. Çünki onların yeni və daha təhlükəli bir hiylənin arxasında durduğu aydın məsələ idi”.
Bunu Ali Dini Lider Ayətullah Seyid Əli Xamenei ölkədə keçirilmiş İslam Birliyi Konfransının iştirakçıları ilə görüşərkən bildirib.
Ayətullah Xamenei qeyd edib ki, Amerika rəsmiləri İslamın özü ilə müxalifdir:
“Onların şiə-sünni məsələsi barədə fikir irəli sürməsi və bəzi təriqətlərə dəstəyi barəsindəki bəyanatları yalandır. Onlara aldanmaq olmaz. Amerika rəsmiləri müsəlmanlar arasında ixtilaf və nifaq salmaq niyyətindədirlər. İŞİD kimi terrorçu qruplaşmalar da Amerikaya bağlı olanların bilavasitə siyasi və maddi dəstəyi ilə yaradılıb”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər