Ayətullah Xamenei alim,mömin və məzlum Şeyx Nimrin Səudiyyə rejimi tərəfindən şəhid edilməsini sərt tənqid edib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-01-2016, 11:01 | Şərh sayı: (0) | Baxılıb: 1077
Ayətullah Xamenei alim,mömin və məzlum Şeyx Nimrin Səudiyyə rejimi tərəfindən şəhid edilməsini sərt tənqid edib
Ali Lider Ayətullah Seyyid Əli Xamenei bu gün səhər xaric-fiqh dərsi əsnasında Səudiyyə Ərəbistanın alim, mömin və məzlum Şeyx Nimr Baqir Nimrin şəhid etməsini sərt tənqid edib və dünya ictimaiyyətini bu cinayətin və eləcədə Səudiyyə rejiminin Yəməndə və Bəhreyndə törətdiyi oxşar cinayətlərin qarşısında məsuliyyətli olmağa çağırıb.
Ayətullah Xamenei bildirib ki, bu məzlum alim nə insanları silahlı qiyama çağırırdı, nə də gizli bir çevriliş planı var idi. Onun yeganə işi açıq tənqid və dini qeyrətindən doğan əmr be məruf və nəhy əz münkər (yaxşılığa dəvət və pislikdən cəkindirmə) idi. “Şeyx Nimrin şəhid edilməsi və onun qanının nahaq tökülməsi Səudiyyə dövlətinin siyasi səhvidir. Allah Mutaal günahsız qan tökənləri bağışlamır, nahaq tökülən qan çox tez bir zamanda bu rejimin siyasətçiləri və icraçılarının yaxasından yapışacaq.”
Ayətullah Xamenei bildirib ki, Səudiyyə hərbiçilərinin Bəhreyn xalqını işkəncə və əziyyət etməsi, onların evlərini və məscidlərini dağıtması, eləcədə Yəmən xalqını 10 aydan artıqdır ki, bombardıman etməsi Səudiyyə rejiminin digər cinayətlərindəndir. “Həqiqətən ədalət, insan haqları və bəşərin taleyi ilə maraqlananlar, bu duruma biganə qalmamalıdır. Əminəm ki, Allahın təfəzzülü şəhid Şeyx Nimrin üzərində olacaq və heç şübhəsiz ilahi intiqam əli Onun canına qəsd edən zalimlərin yaxasına yapışacaq və bu bizim üçün təsəllidir.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər