Ayətullah Nimrin anası ilə son telefon danışığının səs yazısı |
Müəllif: Admin | Bölmə: Xəbərlər, Slide | Vaxt: 5-01-2016, 19:18 | Şərh sayı: (0) | Baxılıb: 864
Ayətullah Nimrin anası ilə son telefon danışığının səs yazısı
Şeyx Nimr Baqir ən-Nimrin anası Ummu-Cəfərlə son telefon bağlantısını əks etdirən səs yazısı ərəbistanlı fəallar tərəfindən sosial şəbəkələrdə yerləşdirilib.
İxlas.az "İslamın səsi"nə istinadla xəbər verir ki, ötən həftənin şənbə günü Səudiyyə rejimi tərəfindən edam edilən ayətullah Şeyx Nimr anası ilə bu son telefon bağlantısında ona ürək-dirək verərək, bütün işlərin Allahın əlində olduğunu bildirir. Allaha təvəkkül edən şeyx Nimr belə deyib:
“Ana, sənin dərəcən və yerin Cənnətin ali yerlərində Məhəmməd və Əhli-Beyti ilə birgə olsun. Əbədi cənnətdə inşallah. Allaha həmd olsun.... Biz Allaha şükr edirik. Ana, mən Allahın yazdığı hər bir yazıya (boyun əyib) şükr edirəm. Onun yazdığı olacaq. Allahın bizim üçün nəzərdə tutduğu müqəddərat və seçim öz istəyimiz və seçimimizdən də xeyirlidir. Biz bir şeyi seçirik, Amma Allahın bizim üçün seçdiyi daha fəzilətlidir. Biz Allaha dua edərək bunu deyək: "Ey Rəbbimiz! Bizim üçün bizə xeyirli olanı seç". İşlərin sahibi Münəzzəh və Uca Allahdır. Baş verənlər və yaradılış ona mıxsusdur və onun işidir. Allahın istəyi olmadan heç kimsə bu kainatda sakit gəzə bilməz. Ana, Allahın iradəsi və gözündən heç nə xaric deyil və heç nə kənarda qalmır. Ana, bax, bu mənim üçün kifayətdir. Madam ki, bütün işlər Allahın gözünün önündə və nəzarəti altında baş verir, bu kifayət edər. (Bu anda şeyx Nimr özü ağlayır - islam.az) Allaha şükür olsun! Bu bizə kifayət edər. Məgər Allah bəndəsi üçün kafi deyilmi!? Allaha dua edirəm ki, barəmizdə xeyir yazsın. Ya Allah! Allah amanında!”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər